Linux Nədir?

1 Bəyənmə Şərh yazmaq

Linux – çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən azad və açıq mənbəli əməliyyat sistemidir.

Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası onaCommodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.

1991 ilində, C və Unix dərsləri aldığı vaxt özünə xüsusi kompüter (PC) aldı. Kompyuterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxtı bir Hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.

Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Richard Stallmanın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.

Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.

Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.

Linuksun rəsmi talismanı – Tux-dı.

Linuxun üstünlükləri

  • Pulsuz olması. Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.
  • Etibarlılıq. Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur.
  • Təhlükəsizlik. Linuxu Seçməklə siz kompüter viruslarını tamamilə unutmaq olar və həmçinin, heç bir antivirusa ehtiyac yoxdur. Çünki, Linux təhlükəsizdir.
  • Universallıq. Linuxun hər hansı distributivini seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilmək olar.
  • Məhsuldarlıq. Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək və beləliklə, maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.

Distributivlər

Fedora

RedHat şirkəti RedHat 9 versiyasından sonra RedHat Linuksu iki versiyaya ayırdı. Pulsuz və Pullu. Pulsuz versiyası Fedore Core oldu,Pullusu Redhat Enterprise.

Rəsmi saytı: http://www.fedoraproject.org

Gentoo (jentu,gentu – oxunur) – Gnu/Linuks əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunib. Ən sürətli Linux distributivlərindən biridir. Adi Pygoscelis papua adli pingvinlərdən götürüb. Ginnes Rekord kitaba əsasən, bu növ pingvinıər ən surətli sayilir(36 km.s). Meta distributivlərə aiddir. Daniel Robinson tərfindən 1999 ildə gurulub.

Mandriva

Ubuntu

İstifadəsi çox asan və rahat olan distributivdir. Çox yığcam və rahatdır. Debian əsasında yaradılmışdır. Mənası Zulu dilində “insanlıq” deməkdir.

Linux Mint

Linux Mint – distrowatch.com saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.

KUbuntu

Ubuntu distributivinin KDE ilə olan analoqudur.

Rəsmi saytı: http://www.kubuntu.com

SuSE

Linux SuSE. Almaniyada hazirlanan SuSE (Gesellschaft für Software und Systementwicklung mbh) bu gün ən dəstəklənən və ən mükəmməl distributivdir.

Knoppiks

Knoppiks digər linuks versiyalarından qurulma tələb etməməsi ilə fərqlənirdi. Knoppiks Cddən birbaşa çalışan yeganə linuks sistemi idi.

Debian

Elementary OS

MacOS-a oxşayan yeganə Linux distrubitivi.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Linux Nədir?
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: