Fiziki şəxsin sadələşmiş vergi hesabatı

6 Bəyənmə Şərh yazmaq

Uzun zaman idi ki Vergi hesabatın verilməsi ilə bağlı məqalə yazmaq fikrindəyim. Lakin cari işim yoğun olduğu üçün vaxt edib yaza bilmirdim. Nəhayət ki məqalə artıq işıq üzü gördü.

Bu məqaləmdə çalışacam Fiziki şəxsin sadələşmiş vergi hesabatının necə verildiyi haqqında sadə dildə izah edim. Bu ilk öncə mühasibat olmayan sadə vətəndaşlarımız üçün yararlı olacaqdır.

Vergilər Portalı

Vergilər sisteminin elektronlaşmasından uzun vaxt keçməsinə baxmayaraq, xarici (inkişaf etmiş) ölkələrdən fərqli olaraq vətəndaşlarımız fərdi şəkildə hesabat verməkdə ya çətinlik çəkirlər, yada bunu etməyə tərəddüt edirlər. Lakin bu məqaləmizdə bu prosesin olduqca asan olduğunu izah etməyə çalışacağıq.

Hər bir Fiziki şəxs fəaliyyətə başlayarkən ilk öncə ASAN xidmətdə və ya Ərazi Vergi İdarəsində öz adına VOEN əldə edir. Bu məqaləmizdə biz Fiziki şəxsə təqdim olunan VOEN vəsiqəsindən və vergi sisteminə daxil olmaq üçün istifadə edilən xüsusi kağızda təqdim olunan kod və şifrədən istifadə edəcəyik.

Daxil oluruq İnternet Vergi İdarəsi portalına: https://www.e-taxes.gov.az/  Sonra mavi rəngdə Giriş düyməsini sıxırıq.

Siz avtomatik olaraq yeni səhifəyə keçəcəksiniz: https://login.e-taxes.gov.az/login/ Ortadakı giriş formasına sizin adınıza təqdim olunan: İstifadəçi kodunu, Parolu və Şifrəni daxil etdikdən sonra, Bölmədən: E-bəyannamə, ƏDV-DH və ŞHV kimi seçirik və Daxil ol düyməsini sıxırıq.

Düymə sıxıldıqdan sonra əgər brauzerinizdə pop-up bloker aktivdirsə, o zaman siz açılacaq pəncərəni görməyəcəksiniz. Bu zaman lütfən bu qaydalar ilə tanış olun: https://login.e-taxes.gov.az/login/pdf/faq.pdf?v=2

Şəxsi hesab vərəqəsi

Pop-up pəncərədə açılacaq səhifədə menudan daxil oluruq Məlumat axtar –> Şəxsi hesab vərəqəsi-nə.

Şəxsi hesabda fəaliyyət dövrü üzrə tarixləri seçirik və bütün əməliyyatlarla tanış oluruq. Bundan başqa burada bizim vergilərimiz üzrə borclarımız göstəriləcəkdir.

Şəxsi vərəqədə göründüyü kimi Fiziki şəxsin hal-hazırda Vergi borcu 0.85 manat təşkil edir. Və şəxsin fəaliyyəti dayandırılmışdır.

On-line sadələşdirilmiş bəyannamə

Diqqət! Əgər sizin şəxsi kabinetinizdə oxunmamış məktublar olarsa, siz menudan Hesabat vermək üçün müvafiq keçidi görməyəcəksiniz.

Bu məqalədə şəxsin fəaliyyəti dayandırıldığı üçün 2018/III Rüb üzrə vergi hesabatını sıfır olaraq göstərəcəyik. Bunu etmək üçün menudan keçirik e-Bəyannamə –>On-line sadələşdirilmiş bəyannamə bölməsinə.

Fəaliyyətini dayandırmış FŞ

Növbəti səhifədə Ümumi məlumat başlığı altındakı alt səhifədə Vergi dövrünü seçirik (biz 3 rüb) Təqdim olunmuş əlavələrin sayı 0 kimi saxlayırıq.

Və ən önəmlisidə Bəyan ediləcək məlumatım yoxdur yazısının önünə klik edərək ☑ işarəsini qoyuruq və Göndər düyməsini sıxırıq.

Fəaliyyətdə olan Fiziki şəxs

Fəliyyətdə olan Fiziki şəxs Ümumi məlumat sahəsində hesabatı təqdim etdiyi rübü seçir. Bizim halımızda 3-cü rüb.

Sonra Verginin hesablanması alt səhifəsində ilk üç xanada rübün müvafiq aylarına uyğun olaraq vergiyə cəlb olunan aylar üzrə gəlirini daxil edir. Aşağıdakı şəkildə İyul, Avqust və Sentyabr ayları üçün məlumatlar daxil edilmişdir. Dördüncü xanada 3 ayın toplam cəmini yazır.

Muzdlu işlə əlaqədar verginin hesablanması alt pəncərəsi 0-la doldurulmaldır.

3-cü rüb hesablanmış ümumi 213,98 azn məbləğdən 64,44 azn ödəniş tapşırığı ilə Avqustda ödədiyim üçün indi vergi borcum 149,54 azn təşkil edir.

Göndər düyməsi sıxıldıqdan sonra daxil etdiyiniz məlumatlar paket halını alacaqdır. Bu haqda siz ekranda xüsusi kod adını almış xəbərdarlıq kimi görəcəksiniz. Növbəti səhifəyə keçmək üçün Yoxla düyməsini sıxırq:

Bəyannaməni seç başlığı altındakı xanaya klik edərək ☑ işarəsini qoyuruq və sonra hazır paketin ümumi məlumatlarını bir daha gözdən keçiririk və Vergilər İdarəsinə yoxlanış üçün göndəririk. Təsdiqlə düyməsini sıxırıq:

Burada sizin məlumatlarınız uğurla qəbul olunduğu və bu barədə bildirişin hazırlandığını görəcəksiniz.

Yenidən şəxsi vərəqəyə keçdikən sonra göndərdiyimiz e-bəyannamə haqqında məlumatlı görəcəyik:

Vergi Borcunun ödənişi

Fəaliyyətin dayandırılmasına baxmayaraq şəxsi vərəqədə -0,85 azn civarında borcun olduğu bildirilir. Bu borcu ödəmək üçün keçirik Hökümət Ödəniş Portalına: https://gpp.az Buradan BÜTÜN ÖDƏNİŞLƏR düyməsinə klik edirik və açılmış oəncərədə Vergilər Nazirliyi düyməsinə klik edirik.

Açılmış növbəti səhifədə Fiziki şəxsin VOEN-nin müvafiq xanaya daxil edirik və Axtar düyməsini sıxırq.

Axtar düyməsi sıxıldıqda Ödəniş növünün seçimi pəncərəsi açılacaqdır. Bizim halda bu Sadələşdirilmiş vergi və kodu isə 114329 olacaqdır. Əlavə edin düyməsini sıxmağı unutmayın.

Əlavə edin düyməsi sıxıldıqdan sonra Fiziki şəxsin vergi borcunun Məbləğ sahəsində sadə qələm işarəsinə klik edərək daxil edirik. Ödəniş üçün bütün məlimatlar hazır olduqdan sonra aşağıda Ödəniş et düyməsini sıxırıq.

Növbəti addımlarda isə əlavə şərh yazmağa düşünürəm ehtiyac yoxdur.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Fiziki şəxsin sadələşmiş vergi hesabatı
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: