Skype-da eyni vaxtda bir-neçə hesab açmaq olar?

1 Bəyənmə Şərh yazmaq

İnternet mesenceri olan Skype getdikçə inkişaf etməkdə davam etməkdədir. Tamamilə Microsoft şirkətinin idarəsi altında inkişaf etdirilən Skype layihəsi milyonlarla istifadəçiyə VoİP və mesencer xidmətlərini təqdim etməkdədir.

Lakin çox az istifadəçi Skype-nin özündə gizlətdiyi funksiyalarından xəbəri vardır. Onlardan biridə komputerdə quraşdırılan Skype proqramını iki fərqli hesabla eyni anda istifadə etməyin mümkünlüyüdür.

Bunun üçün ilk öncə windows-da skype.exe faylın harada yerləşdiyini tapmaqdır. Əgər skypeni quraşdırarkən standart olaraq yoldan istifadə olunubsa, o zaman həmən faylı siz «C:\Program Files\Skype\Phone» kimi keçib tapa bilərsiniz. Əgər əməliyyat sisteminiz 64-bitlikdirsə o zaman yolu «C:\Program Files (x86)\Skype\Phone» kimidir.

Tapdığımız Skype.exe proqramının üzərində siçanın sağ düyməsini klik edirik və açılmış kontekst menudan «Отправить» (Göndər) – «Рабочий стол (создать ярлык) (İş stolu (keçidin yaradılması)» bəndlərini klikləyirik.

İş stoluna keçərək yenidə yaradılmış keçid olan «Skype.exe – Ярлык» üzərində siçanın sağ düyməsini klik edib menudan «Свойства» bəndini klikləyirik.

Açılmış xüsusiyyətlər pəncərəsində «Объект» sətrini tapırıq və mötərizədən sonra bir boşluq buraxıb /secondary parametrini daxil edirik. Təqribən belə alınmalıdır:

Dəyişiklikləri yaddaşda saxlmaq üçün Ok düyməsini sıxırıq. Pəncərə bağlandıqdan sonra keçidi iki dəfə klikləyirik və proqramın yeni nüsxəsinin açıldığının şahidi oluruq. Digər hesabla daxil oluruq və yoxlamaq üçün digər hesabınıza bir zəng edirik. 🙂

+Bonus: AvtoLoqin funksiyası

Skype-da daha bir gizli funksiyadan biridə avtoloqin funksiyasıdır. Bunun üçün yenidən keçidin üzərinə siçanın sağ düyməsi ilə klik edərək «Свойства» bəndini seçirik və «/secondary» parametrində sonra boşluq buraxıb bunları yazırıq:
/username:SİZİN LOQİN /password:SİZİN ŞİFRƏ

Hər dəfə həmən keçidə klik etdiyiniz zaman, hesabınıza avtomatik daxil ola biləcəksiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Skype-da eyni vaxtda bir-neçə hesab açmaq olar?
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: