PHP-də məlumat tipləri

9 Bəyənmə Şərh yazmaq

PHP kəskin tipləşmə proqramlaşdırma dili deyildir. Dəyişənin tipi onun mənası əsasında müəyiyən olunur. Buna baxmayaraq, PHP-də hansı növ İnformasıya tiplərinin olması haqqında bilməliyik. Aşağıda PHP-də istifadə edilən həmən tiplərin siyahısı təqdim edilir:

  • Boolean = məntiqi tipdir, və yalnız TRUE (doğru) və ya FALSE (yalnış) mənasını daşıyır.
  • Integer = miqdar sayını özündə əks etdirir (Məsələn: 4, 20, 100 və s.).
  • String = istənilən uzunluqda söz və ya mətn.
  • Float = kəsr sayılar (Məsələn: 1.2, 3.14, 8.5498777).
  • Object = obyektlər.
  • Array = massiv tipli məlumatlar.
  • Resource = resurs (Məsələn: fayl).
  • NULL = boşluq mənasını bildirir.

<?php
$bool = TRUE; // Boolean mənası
$int = 100; // Integer mənası
$string = "Dəyişənin tərkibində mətn olur"; // String mənası
$string2 = "5425"; // String mənası, çünkü rəqəm dırnaq içindədir
$float = 44.122; // Float mənası
?>

Xətanın əmələ gəlməməsi üçün çalışmaq lazımdır ki, iki fərqli informasiya tiplərini qarışdırmayaq. Məsələn Integer və String tiplərini.

Əgər siz açıq-aşkar dəyişənin tipini dəyişmək istəyirsinizsə, o zaman digər dəyişənin sol tərəfində yumru mötərizənin içində həmən tipi yazırıq. Məsələn:

<?php
$str = "50000"; // String məlumatı
$new_str = (integer) $str; // İndi isə məlumat Integer -ə dəyişildi
// Yoxlayırıq...
echo $new_str + $new_str;
?>

Ekranda çıxacaq məlumat:

100000

Gördüyünüz kimi, informasiyanın tipinin dəyişilməsi üğurla baş verdi.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

PHP-də məlumat tipləri
5 / 3 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: