Excel-də R1C1 başlığından qurtulmağın yolları

4 Bəyənmə Şərh yazmaq

Bir neçə gün əvvəl iş yoldaşıma email vasitəsi ilə excel sənəd almışdır. Lakin həmən Exceldə üst xana başlıqları yan başlıqlar kimi rəqəmlə işarələnmişdir. Biz bir müddət ayarlarda axtardıqdan sonra məsələnin nə olduğunu anladıq.

Əgər məsələnin nə olduğunu anlamadınızsa, o zaman aşağıdakı şəklə diqqət yetirin. Soldakı şəkildə bütün Excel-lərin normal açdığı başlıqlardı yəni Hərf başlıqlarlı. Belə olduğu təqdirdə xanalara daxil edilən formulalar biz öyrəşdiyimiz kimi əks olunur. Sağdakı şəkildə isə, həm başlıq həmdə yan tərəflər rəqəmnən işarələnib. Bu zaman formulalarda tamamilə fərqli olur və əksər istifadəçilər formulalarda çətinlik çəkirlər.

Həlli aşağıdakı kimidir:

Excel 2003 versiyasında ilk öncə Сервис -> Параметры kimi keçirik, sonra Общие alt pəncərəsində “Стиль ссылок R1C1” bəndin önündəki işarəni götürürük.

Excel 2010 versiyasında Файл -> Параметры kimi daxil olduqdan sonra, sol sütünda Формулы menyusununun üzərinə klik edib, sağda açılmış ayarlarda eynilə “Стиль ссылок R1C1” bəndin önündəki işarəni götürürük.

Nəticədə siz R1C1 formasından qurtulmuş oldunuz.

+Bonus

Əgər siz dostlarınız və iş yoldaşlarınız qarşısında dahada bilikli və qeyri-adi görsənmək istəyirsinizsə, o zaman aşağıdakı üsulu sadəcə əzbərləyin.

– Klaviaturada Alt+F11 düymələrini sıxırıq
– Sonra Ctrl+G düymələrini
– Aşağıdakı xanaya: Application.ReferenceStyle=xlA1 əmrini yazıb Enter düyməsini sıxırıq.

Əvvəlki vəziyyətə qaytarmaq üçün isə, Application.ReferenceStyle=xlR1C1 əmrini daxil edirik.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Excel-də R1C1 başlığından qurtulmağın yolları
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: