GTA 5: Azərbaycanlı Missiyası

2 Bəyənmə Şərh yazmaq

Hələ ilk gündən 800 milyon dollarlıq satış edən GTA 5 oyunu haqqında ilk tənqidlər yayılmağa başladı. Oyunun “By The Book” missiyasında Philips adlı qəhrəman Azərbaycanlı kriminal haqqında məlumat əldə etmək üçün ispanik mənsubiyyətli bir nəfərə işgəncə verir.

Freedom from Torture” və “Amnesty” kimi insan hüquqlarının müdafiəçisi olan təşkilatlar oyunda işgəncə və buna bənzər səhnələrin çox şiddətli formada önə çıxarıldığını qeyd edir və oyunun qurucularını və rəhbərliyi qınayırlar. Xüsusilə də bu missiyanı keçmək üçün işgəncədə iştirak etmək, işgəncə vermək zəruridir. Bu mərhələdə iştirak etmədən missiyanı tamamlamaq mümkün deyil.

Öncəki oyunlarda da şiddət dolu səhnələrin olmasına baxmayaraq, bu tipli işgəncə, kriminal, qan və s. ilə “zənginləşdirilmiş” missiyaların bu oyunda daha çox olduğu diqqəti çəkir.

By The Book” missiyasında Philips kim olduğu bilinməyən və Mr. K adlanan şəxsə işgəncə edərək Azərbaycanlı kriminal haqqında məlumat əldə etməyə çalışır. Missiyaya əsasən FTB üçün təhlükəli hesab olunan bu kriminalın harada olduğu və necə göründüyü işgəncə nəticəsində müəyyənləşdirilir və mövqe tutmuş snayper həmin şəxsi qətlə yetirir.

Missiya sırasında Tahir Cavan adlı bir şəxsin adı çəkilir və kriminalın onun evində olduğunu müəyyənləşdirirlər. Daha sonra isə snayper Azərbaycanlı kriminalı öldürür.

Oyunda belə bir səhnənin olması, Azərbaycanlının kriminal kimi canlandırılması sizdə nə kimi fikir yaradır? Fikirlərinizi bilmək maraqlı olardı.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

GTA 5: Azərbaycanlı Missiyası
3.7 / 3 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: