Brauzerlərdə özbaşına çıxan reklam banerlərindən qurtulun!

Bəyənmək Şərh yazmaq

Oturmuşdum divanda, noutbukumda yanımda. Birdən telefon zəng çaldı, açdım…. Açdım ki, məndən yenə kömək istəyirlər. 🙂 Bu dəfəki problem isə bir vaxtlar öz başıma gəlmiş bir əhvalatdır.

“Deməli bir gün oturmuşdum komputer arxasında və balaca bir mətn tərcümə edirdim. Yadımda deyil, amma hansısa söz üçün üz tütdüm online lüğətə. Açdım Google Chrome brauzerini və daxil oldum tərcümə edən sayta. Sözü daxil edirəm və bir tərəfdən də görürəm ki, saytın üzərində müxtəlif mənasız reklamlar “üzür“. Bağlamaq üçün balaca x işarələrinə klik edirəm amma hansısa reklam səhifəsi açılır. Tez başqa bir sayta girdim – eyni məsələ.

Qoydum mətni bir qırağa və başladım o zəhlətökən reklamları məhv etməyə. Görün mən nə etdim.

Bu dəfə mənim köməyimə ingilis dilli bir məqalə çatdı.

  1. İlk öncə ADWCLEANER proqramını rəsmi səhifəsindən yüklədim; (Proqramı yükləmək üçün ADWCLEANER sözünün üzərinə klik edin)
  2. Proqramı yüklədikdən sonra, bütün digər proqramlarıaçıq brauzerləri bağlayaın və proqramın üzərinə iki dəfə klik edərək açın.

    Əgər Windowda proqramın başladılması barədə balaca xəbərdar edici pəncərəsi açılsa Yes düyməsini sıxaraq davam edirik.
  3. Proqram quraşdırılma tələb etmədiyi üçün avtomatik açılacaqdır. Açılmış AdwCleaner proqramında “Scan” düyməsinə aşağıda göstərildiyi kimi klik ediik.

    AdwCleaner proqramı komputerinizdə fəaliyyət göstərən lazımsız reklam xarakterli bütün fayl və xırda proqramları tapacaqdır.
  4. Axtarış bitdikdən sonra proqram axtarış kriterialarına uyğun tapdıqlarını göstərəcəkdir. “Clean” düyməsini sıxaraq bu bəladan azad oluruq.
  5. AdwCleaner bütün təmizlik işlərini bitirdikdən sonra sizdən komputerin söndürüb yenidən başladılmasını istəyəcəkdir. Balaca xəbərdarlıq pəncərəsində OK düyməsini sıxaraq restart edin.

Açdım ki brauzeri yoxlayım və bu an….”

Alo alo? Diyəsən xətdə heç kəs yoxdur…

Vəssalam ümüd edirəm ki, məqaləmiz minlərlə həmvətənlərimin köməyinə çatacaqdır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Brauzerlərdə özbaşına çıxan reklam banerlərindən qurtulun!
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: