
Salam. Fərz edək ki, siz diplom işi, referat və ya kur işi yazırsınız. Sizin qabağınızda müxtəlif cədvəllər hazırlamaq məqsədi qoyulub və siz o cədvəlləri adı kitab formatlı A4 vərəqinə yerləşdirə bilmirsiniz. Üstəlik siz cədvəlləri word faylın müxtəlif səhifələrində landşaft formasında yerəşdirmək istəyirsiniz. “Bunu necə etmək olar?” sualına aşağıda cavablandıracam:
1. Addım: Kursoru A4 kitab görünüşündən Landşaft görünüşünə çevirmək istədiyimiz səhifəsinin üzərinə klik ediri.
2. Addım: Word 2010 «Разметка страницы» menyusuna klik edirik.
3. Addım: Sonra «Вставить разрывы страниц и разделов» alt menyusuna klik edirik.
4. Addım: açılmış siyahıda «Разрывы страниц →Следующая страница» alt menyu seçiminə mouse-la klik edirik.
5. Addım: Və son addımımızda «Ориентация →Альбомная» seçimini edirik.
Və budur bizə lazım olan səhifə öz formasını dəyişdi. Əgər növbəti səhifəni siz adı A4 kitab formatına keçirtmək istəsəniz, o zaman 1-ci addımdan 5-ci addıma kimi təkrar etməli və son 5-ci addımda isə «Ориентация →Книжная» seçməlisiniz.