Ən gülməli Windows problemləri

1 Bəyənmə Şərh yazmaq

Dünyada ən yüksək performanslı və ən çox istifadəçi kütləsinə sahib Microsoft şirkətinin istehsalı olan Windows əməliyyat sistemini demək olar hamımız işlədirik. Amma bu texnologiya dahisi Microsoft-un da təriflədiyi məhsullarında gülməli səhvlərlə qarşılaşırıq. Məni ən çox güldürən “46368 Days and 5 hours remaining to complete copying” oldu. Yəqin nəvələrimizin nəvələrimizin nəvələrimizin….. nəvələrinə mirasdı bu

2. Bir faylı kopyalamaq bəzən uzun zaman ala bilər, məsələn 1,45 Gb-lıq faylın kopyalanması üçün təxminən 127 il gözləmək məcburiyyətində qala bilərik

3. “Əvvəlki səhv mesajını göstərərkən bir səhv ortaya çıxdı” yazılan bu mesaj Windows-un nə qədər dürüst olduğunu bizlərə göstərir.

4. Bu qarışıq hərf yığını bir istifadəçi müqaviləsinin şərtləridi. Ən alt sətirdə isə “Bu şərtləri anlayıb, qəbul edirsinizsə OK düyməsinə basın” yazılıb. Hələ bu hamısı deyil. Şərtləri qəbul etməmə variantına basmaq da mümkün deyil.

5. “Windows – un problem hesabatlama proqramı işini dayandırdı.” Yaxşı, onda bu hesabat necə qarşımıza çıxa bilər? Bu səhv mesajının tam bir paradoks olduğunu söyləmək olar

6. Səhv (error) mesajlarında ümumiyyətlə yolunda getməyən şeylər olduğu deyilir. Bu mesajda “Əməliyyat müvəffəqiyyətlə tamamlandı” yazılıb. Yəqin ki Windows bunu bir səhv olaraq qəbul etib

7. Windows-un müvəffəqiyyətlə tamamladığı bir vəzifəni səhv hesab etdiyi daha bir mesaj. ProtectedStorage adlı xidmətin işləməmə səbəbi olaraq əməliyyatın müvəffəqiyyətlə tamamlanması göstərilib. Yəqin ki əməliyyatların müvəffəqiyyətlə tamamlanması Windows üçün bir səhvdir.

8. Kompüterə qoşulan cihaz necə cihazdısa Windows onu bir səhv hesab etib. (Bu problem şəxsən mənim öz başıma gəlib, videokameranı PC-yə qoşanda:

9. Diskdə kifayət qədər yer olmadığı üçün fayl silinə bilmir. Bir və ya bir neçə faylı silin və sonra yenidən cəhd edin… çox maraqlıdı

10. Bir dənə də paradoks
“Klaviatura işləmir. Davam etmək üçün bir düyməyə basın”

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Ən gülməli Windows problemləri
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: