Samsung Galaxy s3′ə format necə atılır

Bəyənmək Şərh yazmaq

Android sisteminə sahib olan bütün telefonlar müəyyən bir müddətdən sonra format atma ehtiyacı hiss edər. Bunun səbəbi isə yüklədiyimiz programların sıxlığıyer azlığı bunun başlı səbəblərindəndir.

Gün keçdikcə cib telefonunuz həddindən artıq ağır işləməyə başlayır. Həmçinin telefonunuzda islətdiyiniz programlar bir müddətdən sonra xəta göstərməyə başlayır.

Əgər bu səbəblərdən biri və ya bir neçəsi sizin telefonunuzda vardırsa galaxy s3 cib telefonunuzu format etməyinizi tövsiyə edirik.

İlk olaraq əhəmiyyətli bir xatırlatma etməkdə fayda var. Format atma əməliyyatına başlamazdan əvvəl sim kartınızı və yaddaş kartımızı telefondan çıxarın.

Samsung Galaxy s3 telefonuna 3 şəkildə format atmaq olar:

I. Ayarlar Menyusundan İstifadə Edərək

  1. Ana ekrandan “Menu” düyməsinə basın.
  2. Ayarlar” düyməsinə klik edin.
  3. Back up ve reset” seçiminə klik edin. Normal olaraq cihazınız sizin məlumatlarınızı yədəkləyib formatdan sonra təkrar bərpa edəcək. Əgər məlumatlarınızı saxlamaq istəmirsinizsə menu içərisində bununla bağlı seçiminizi deaktiv edin.
  4.  “Factory data reset” (Fabrika ayarlarına geri dönmək) düyməsini seçirik.
  5. Reset device” (Cihazı yenidən qurun ) düyməsinə klik edin. Əgər sizin cihazda ekran kilidi qoyulubsa bu mərhələyə daxil olmaq üçün sizdən şifrə və pin kod tələb olunacaq.
  6. Delete all” (Hamısını sil) düyməsinə klik edin.

Telefonunuzdakı məlumatlar silinrək yenidən başlayacaq.

II. Power, Home və Volume up düymələrinin istifadə edərək

  1. Samsung Galaxy s3 telefonunuzu söndürün.
  2. Power” “Home” və “Volume up” düymələrini basılı tutaraq saxlayın.
  3. Telefonunuz titrəyənə qədər gözləyin. Titrədikdən sonra “Power” düyməsini buraxın.
  4. Android System Recovery səhifəsi görünənə qədər gözləyin. Səhifə açıldıqdan sonra “Home” və “Volume Up” düymələrini buraxın.
  5. Wipe data / factory reset” variantını seçənə qədər Volume up düyməsindən istifadə edin.
  6. Variantı seçmək üçün Power düyməsindən istifadə edin.
  7. Delete all user data” varintını seçmək üçün Volume up düyməsindən təkrar istifadə edin.
  8. Variantı seçmək üçün təkrar Power Düyməsindən istifadə edin.Cihaz reset əməliyyatını bitirdikdən sonra “Reboot system now” variantı ekranda görünür.
  9. Reboot variantını seçmək üçün təkrar Power düyməsindən istifadə edərək format atma əməliyyatını bitirəcəyik.

III. Dial Pad (Nömrə yığma səhifəsi) istifadə edərək

  1. Samsung Galaxy s3 nömrə yığma səhifəsinə daxil olun.
  2. *2767*3855# rəqəmlərini daxil edin. Cihazınız özünü format edərək üzərindəki şəxsi məlumatları və ayarları siləcəkdir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Samsung Galaxy s3′ə format necə atılır
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: