Samsung Galaxy Star Advance – ev şəraitində “proşivka”!

1 Bəyənmə Şərh yazmaq

Salam dostlar! Uzun müddət idi ki mən heç-bir məqalə yazmırdım. Nəhayət uzun bir aradan sonra yenidən sizlər üçün yeni-yeni məqalələr yazmağa hazırlaşıram.

Bu günku məqaləmiz Samsung smartfonun Galaxy Star Advance (SM-g350e) modelinin necə əməliyyat sisteminin komputerlə dəyişdirildiyini izah edəcəm. Əhali arasında bu proses “proşivkanin” dəyişdirilməsi kimi də tanınır.

İlk öncə bunu oxumanızda fayda var:

CompBoard saytının rəhbərliyi telefonunuza dəyəbiləcək hər-hansısa zərərə görə məsuliyyət daşımır.

1-ci addım: Sistem faylının yüklənməsi iləbaşlayaq. Aşağıdakı düyməyə sıxaraq bunu edə bilərsiniz. Fayl Mail.ru fayl sistemində yerləşir.

G350EXXU0ANI1 (SER) 518 Mb

Arxivi yüklədikdən sonra, içində yerləşən faylı C-diskinə kopyalıyın. Təqribən belə iolacaqdır: C:/G350EXXU0ANI1_G350EOXE0ANI1_G350EXXU0ANI1_HOME.tar.md5

2-ci addım: Bu addımda telefonun format halına gətirilməsidir. İlk öncə telefonunuzda olan bütün lazımı məlumatları komputerdə yaddaşa verin. Smartfonu söndürün. Söndürülmüş halda ilk öncə Səs azaltma düyməsini sonra Ev düyməsini və sonda İşə salma düyməsini sıxıb saxlayın. İşə düşüb ingiliscə yazılar gələcəkdir. Sadəcə bir dəfə Səs çoxaltma düyməsini sıxın. Telefon işə düşərək Yükləmə moduna keçəcəkdir.

Onuda qeyd etmək istərdim ki, bu prosesi başlatmazdan öncə telefonun enerjisinin 60%-dan çox olduğuna əmin olasınız.

3-cü addım: Bu addımda biz samsungun xüsusi windows üçün sürücüsünü (driver) quraşdıracayıq. Həmən faylı aşağıdakı düyməyə klik edərək yükləyə bilərsiniz. Fayl Mail.ru sistemindədir.

SAMSUNG USB Driver for Mobile Phones v1.5.45.0 (15.2Mb)

Sürücünü yüklədikdən sonra komputerə quraşdırın və telefonu USB kabel ilə komputerə birləşdirin.

4-cü addım: Bu addımda biz bu bütün prosesi yerinə yetirəcək olan Odin proqramı haqqında danışacağıq. İlk öncə proqramı aşağıdakı düyməyə klik edərək yükləyin. Fayl Mail.ru sistemindədir.

Odin3 v3.09 (972 Kb)

Proqramı yüklədikdən sonra arxivdən çıxardın və administrativ hüquqlarla işə salın:

  1. Proqram açıldıqda ilk öncə Com portun aktiv olduğuna əmin olun. Yuxarıdakı şəkildə göründüyü kimi məndə bu COM3 portudur. Bu o deməkdir ki, telefon komputerə normal qoşulmuşdur.
  2. İkinci bənddə yükləmiş olduğumuz sistem faylını AP düyməsinə klik edərək seçirik.
  3. Və ən vacib an! Start düyməsinin sıxılması. Əgər hazırsınızsa, o zaman rahatlıqla həmən düyməni sıxın! 🙂

Telefon proshivkadan sonra yenilənəcəkdir.

5-ci addım: Əvvəlki “zir-zibillərin” silinməsi. Bu əslində çox vacib məsələdi. Bunu etmək üçün proshivkadan sonra işə düşən telefonu yenidən söndürün. Sönmüş halda ilk öncə Səs çöxaltma, sonra Ev və sonda İşə salma düymələrini sıxıb saxlayın. Telefon Ekspert modunda işə düşəcəkdir. Siyahıdan səs düymələrinin köməyi ilə ilk öncə  wipe data/factory reset sonra isə wipe cache partition bəndlərini aktiv edin.

Suallarınızı bizə ünvanlayın!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Samsung Galaxy Star Advance – ev şəraitində “proşivka”!
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: