Exceldə simvolun neçə dəfə təkrarlanmasının tapılması

Bəyənmək Şərh yazmaq

Salam. Bu günki yazımda bir mətnin tərkibində bir simvolun neçə dəfə təkrarlanmasının tapılması  haqqındadır. Bunun üçün aşağıdakı alqoritmdən istifadə edəcəyik. 

1. Mətnin uzunluğunu LEN (ДЛСТР) funksiyası ilə tapacağıq.

2. Axtaracağımız simvolu Substitute funksiyasından istifadə edərək  “” (boşluq) simvolu ilə əvəz edəcəyik.

3. Boş simvolla əvəz etdikdən sonra mətnin uzunluğunu yenidən tapacağıq

4. Mətnin ümumi uzunluğu ilə onun axtarılan simvollarının boşluqla əvəz edilməsindən sonrakı sayının fərqini tapacağıq

Bütün bunları bir düsturla ifadə edərsək aşağıdakı düstur alınacaq.

=LEN(A1)-(LEN(SUBSTITUTE(A1;”a”;””)))

Rusca excel: =(ДЛСТР)(A1)-(ДЛСТР(ПОДСТАВИТЬ(A1;”a”;””)))

İzahı aşağıda şəkildə verilmişdir

 

Ümid edirəm gündəlik işlərinizdə Sizə faydalı olacaq. Diqqətinizə görə minnətdaram.

#BilikPaylashdiqcaArtar

Müəllif: Nahid Nəsirov
Blog: nahidnesirov.wordpress.com

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Exceldə simvolun neçə dəfə təkrarlanmasının tapılması
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: