192.168.1.1 ünvanına necə daxil olaq?

1 Bəyənmə Şərh yazmaq

Etiraf etmək istərdim ki, məqalənin adını uzun müddətdir ki doğru düzgün seçə bilmirdim. Əslində ad bu kimi olmalı idi : Mən niyə modemin və ya routerin web-interfeysinə daxil ola bilmirəm.  Kimnən soruşuram web-interfeys nədi deyir bilmirəm, lakin modem səhifəsi, modemin saytı və ya sadəcə 192.168.1.1 soruşuram o zaman qarşı tərəf bildiyini söyləyir. Bəs əgər bu modem saytına girə bilməsək, o zaman nə edək? Bu suala cavab aşağıdakı məqaləmizdə tapmağa çalışacağıq.

Gəlin mümkün səbəbləri yaxından araşdıraq:

1. İlk öncə modemin işlək vəziyyətdə olub olmamasını yoxlayırıq və əmin oluruq ki, LAN şəbəkə kabeli ilə modem komputerə qoşulu olsun.

2. Əgər birinci bənddə deyilən məqamlar öz yerindədirsə, o zaman problemin həllini komputerdə axtarırıq. Əmin olmalıyıq şəbəkə adaptoru bizim komputerdə aktivdirdi yoxsa sönübdür. Baxmayaraq ki, bu bir az gülməli çıxır, lakin əksər istifadəçilər məhs buna görə modemə qoşula bilmirlər. Bunun üçün Панель управления -> Сетевые подключения kimi daxil oluruq və şəbəkə platasının aktiv olmasını yoxlayırıq. Əgər qurğu aktiv deyilsə (işarə boz rəngdə olacaqdır), o zaman üzərində siçanın sağ düyməsini klikləyirik və «Включить» (активировать) bəndini seçirik.

Əgər modem normal işləyirsə və sözügedən LAN kabeli komputer ilə birləşibsə, lakin komputerdə şəbəkə işarəsinin üzərində qırmızı rəngdə x işarəsi durur və “сетевой кабель не подключен” yazısını görürsünüzsə o zaman problem şəbəkə platasındadır.

3. Şəbəkə kartının ayarlarını yoxlayırıq. Bunu etmək üçün iki variant vardır: birinci  variant əmrlər sətrini işə salırıq və orada ipconfig /all əmrini daxil edib Enter düyməsini sıxırıq. (Windows əmrlər sətrini açmaq üçün klaviaturada ilk öncə Windows sonra isə R düyməsini sıxırıq. Açılmış balaca pəncərədə cmd sözünü yazıb OK düyməsini sıxırq.)

Nəticə təqribən belə olacaqdır:

İlkinci variant «Панель управления» -> «Сетевые подключения» kimi keçirik və Подключение по локальной сети axtarıb üzərində siçanın sağ düyməsini klikləyirik və kontekst menudan «Состояние» bəndini seçirik.

Mənim nümunəmdə İP ünvanlar artıq daxil olunmuşdur. Bu o deməkdir ki, mənim şəbəkə platamda artıq əsas şlyuz və şəbəkə maskası mənim tərəfimdən təyin edilib.

Əgər şəbəkə İP-ləri avtomatik almaq kimi quraşdırılıbsa, o zaman Şəbəkə vəziyyəti aşağıdakı şəkildəki kimi göstəriləcəkdir.

İP ünvana diqqət yetirin. O şənəkədə 192.168.Х.Х, və ya 10.X.X.X, və ya 172.16.X.X kimi olmalıdır. Əgər 169.X.X.X kimi ünvan görürsünüzsə, deməli modemdə DHCP funksiyası aktivləşdirilməyib və İP ünvanını əl ilə daxil etmək lazım gələcəkdir.

İkinci maraqlı məqam da, şəbəkədə konfliktdən qaçmaq üçün bəzən standart ünvan sayılan 192.168.1.1 əvəzinə deyək məsələn 192.168.2.1 ünvan yazılır. Bunun üçün modemə çağırış (ping) göndərməliyik. Çağırışı göndərmək üçün komputerdə əmrlər sətrini açırıq (yuxarıda izah edilmişdi) və ora ping 192.168.1.1 əmrini daxil edib Enter düyməsini sıxırq. Əgər şəkildə gördüyünüz kimi, modemlə əlaqa varsa, deməli 192.168.1.1 ünvanı normal işləyir və modemlə əlaqə var.

Əgər pingimiz boşa çıxdısa, dayanmayaraq növbəti bəndə keçirik.

4.  Ünvana girişi brandmauer blok emişdir. Bu halda çıxış yalnız birdənədir: İnterneti söndürün (modemi söndürməyin), təhlükəsizlik (brandmayeri) fayervolunu söndürün və yenidən 192.168.1.1 ünvanına daxil olun.

Windows-un braundmauerini söndürmək üçün ilk öncə Win+R düymələrini sıxırıq və firewall.cpl daxil edib OK düyməsini sıxırıq. Açılmış pəncərədə «Включение и отключение брандмауэра Windows» bəndini seçib OK düyməsini sıxırıq.

5. Və sonuncu beçinci bənd brauzerdiki, buda ən çox yayılmış səbəkardır. Onu virus zədələyərək Proksi ayarlarını dəyişdirə bilər. Bu zaman sözügedən ayarları sıfırlamaq lazımdır.

Ola bilsin ki, brauzerdə hansısa bir komponent və ya plaqin öz fəaliyyətini dayandırıb. Bu halda məsləhətimiz hal hazırda istifadə etdiyiniz brauzerin əvəzinə alternativ brauzerlərdən istifadə edərək yoxlamaqdır. Məsələn: Chrome, Opera və ya Firefox.

Nəticə etibarı ilə biz çalışdıq ki, bu problemin səbəbkarı ola biləcək 5 əsas müddəaları sizlərlə bölüşək. Əgər yuxarıdakı məlumatlara baxmayaraq 192.168.1.1 ünvanına girmək olmadısa, deməli yeganə əlac sistemin silinib yenidən yazılması olacaqdır.

Xüsusi qeyd:

1. Bəzən elə olur ki, siz 192.168.1.1 ünvanına daxil olub routerin ana səhifəsini açıb lakin admin şifrəsini daxil edib imtina ilə üzləşirik.  Bu zaman ilk olaraq bu şifrələri bir-bir yoxlayın— administrator, password, 1234 və ya boş qoymaq. Əgər bu şifrələrdə kömək etməsə, deməli kimsə öncədən şifrəni dəyişdirib və onu tapmaq lazım gələcəkdir. 🙂 Tapa bilməsəsniz əlacınız modemin ayarlarını sıfırlamaq olacaqdır. Modemi sıfırlamaq üçün isə üzərində quyucuğu tapıb iynəni ora salıb 6 saniyə sıxıb daxlamaq lazımdır.

2. Və sondada… Hə, sonda sizə məsləhətim modemin ayarlarına girib öz şifrənizi təyin etməniz olacaqdır ki, kimsə yenə girib modemdə hər hansısa bir dəyişiklik etməsin.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

192.168.1.1 ünvanına necə daxil olaq?
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: