Bakcell-dən pulsuz 5 dəqiqə danışıq qazan

41 Bəyənmə Şərh yazmaq

CompBoard İT və Azərbaycanın ən birinci mobil operatoru olan Bakcell təqdim edirlər. İndi bütün Bakcell-li istifadəçilərimiz pulsuz olaraq 5 danışıq dəqiqəsi əldə edə bilərlər.

Pulsuz dəqiqələri əldə etmək üçün saytımızda məqalə paylaşmaq lazımdır. Məqaləni paylaşmaq üçün aşağıdakı şərtlər mütləq riayət olunmalıdır:

  1. Məqalə mütləq doğma Azərbaycan dilimizdə olmalıdır;
  2. Məqalə İKT (Informasiya Kommunikasiya Texnologiyaları) sahəsinə aid olmalıdır;
  3. Başqa Azərbaycan dilli saytlardan məqalələr kopyalanmamalı;

Danışıq dəqiqələri necə yüklənilir?

İlk öncə müvafiq keçidi sıxaraq (yuxarı sağ küncdə Qeydiyyat) saytda öz hesabınızı yaradırsınız. Hesabınız yaradıldıqdan sonra yuxarı menyudan Hesabım keçidinə klik edirik və açılmış Hesabım səhifəsində öz avatar şəklinizin üzərinə klik edin.

Profilinizə keçərək aşağıdakı şəkildə müvafiq ikonun üzərinə klik edərək Hesabı redaktə etmək keçidinin üzərinə klik edirik. Bu keçid sizin profilinizdə dəyişikliklər etmək üçündür. Ən aşağıda Mobil nömrə xanasına öz mobil nömrənizi daxil edirsiniz.

Məqaləni necə əlavə etməli?

Saytımızda məqalə olduqca asan əlavə edilir. Bunun üçün ilk öncə sayta daxil olmalısınız. Əgər bir hesabınız yoxdursa, mütləq hesab yaratmalısınız.

Sayta uğurla giriş edildikdən sonra, yuxarı menyudan Yeni məqalə keçidinə klik edərək müvafiq formanı görəcəksiniz. Formanın sağ tərəfində məqalənin yüklənmə qaydası tam olaraq izah edilmişdir.

CompBoard İT bütün istifadəçilərimizə uğurlar diləyir!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Bakcell-dən pulsuz 5 dəqiqə danışıq qazan
5 / 6 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: