iPhone və Windows 7 ƏS sinxronlaşdırma probleminin həlli

Bəyənmək Şərh yazmaq

Salam dostlar. Bu gün “Sizin Təklifiniz” formasından istifadə edərək bir internet istifadəçisi mənə sual yazıb: İphone telefonunu Windows 7 də necə aça bilərəm? Mən sual üzrə internetə üz tutdum. Təsüflər olsun ki, yenə də azərbaycan dilində problemin tam izahlı həllini tapa bilmədim.

Çalışacam problemin həlli üzrə Microsoft şirkətinin rəsmi saytından götürdüyüm məqaləni  tərcümə edib sizlərə təqdim edim. Əgər səhv tapsanız, həmən sözü qaralayın və Ctrl+Enter düymələrini sıxaraq mənə göndərin.

Problemin həlli üç mərhələdən ibarətdir. Əgər Təmkinli olub bütün mərhələləri başa çatdırsanız, siz də telefonunuzu kompyuterlə normal istifadə edəcəksiniz.

  • Mərhələ 1: Alətlərin İdarə edilməsi bölməsində enerjinin qənaət edilməsi rejiminin söndürülməsi;
  • Mərhələ 2: Administrator adından iPhone üçün sürücülərin aktivləşdirilməsi;
  • Mərhələ 3: host faylının redaktəsi.

Mərhələ 1. Alətlərin İdarə edilməsi bölməsində enerjinin qənaət edilməsi rejiminin söndürülməsi.

1. Pusk düyməsinə klik edirik və axtarış yerində DEVMGMT.MSC yazırıq və siçan ile klik edirik üzərinə:

2. Вид menyusunun üzərinə klik edin və alt menyuda Устройства по типу seçin:

3. Контроллеры USB punktunu seçin. Seçim üçün üzərinə iki dəfə klik edin:

4. Açılmış siyahıda Корневой USB-концентратор yazısının üzərində siçanın sağ düyməsi ilə klik edin və Свойства yazısının üzərinə klik edin:

5. Açılmış balaca pəncərədə Управление электропитанием menyusuna keçərək Разрешить отключение этого устройства для экономии энергии yazısının qabağındakı işarəni götürün və aşağıda Применить düyməsini sıxın.

6. Əgər sizdə Корневой USB-концентратор sözü bir neçə dəfə yazılıbsa, o zaman 4 və 5 etapları onlar üçün də təkrarlayın. Komputeri Restart etməyi unutmuruq.

Mərhələ 2: Administrator adından iPhone üçün sürücülərin aktivləşdirilməsi.

1. Siçanın sağ düyməsi ilə əməliyyatlar paneli üzərinə klik edin və menyudan Запустить диспетчер задач yazısının üzərinə klik edin.

2. Açılmış pəncərədə Процессы yazısına klik edib aşağıda Отображать процессы всех пользователей düyməsinə klik edək

3. Proseslər pəncərəsində AppleMobileDeviceService.exe proqramını tapırıq və üzərinə siçanın sağ düyməsini klik edərək Свойства yazısını seçirik.

4. Açılmış Свойства pəncərəsində Совместимость altmenyusunun üzərinə klik edirik.  Aşağıda Уровень прав sahəsində Выполнять эту программу от имени администратора cümləsinin qarşısındakı  dördbucağı işarələyirik. Sonra isə Применить düyməsinə klik edirik.

5. Komputerə perezaqruzka verdikdən sonra siz öz iPhone telefonunuzu iTunes ilə rahat sinxronizə edə biləcəksiniz!

Mərhələ 3: host faylının redaktəsi.

Əgər iTunes Apple şirkətinin bazalarına bağlantı yarada bilmirsə, o zaman iPhone telefonun düzgün sinxronlaşmamasına gətirib çıxara bilər. Bu problemin həlli aşağıdaki kimi edilir.

1. iTunes proqramını bağlayın.

2. Kompyuterinizdə host faylını tapın: C:\Windows\system32\drivers\etc

3. Üzərinə iki dəfə klik edin və açmaq üçün Блокнот proqramından istifadə edin

4. 74.208.10.249 gs.apple.com sətrini tapın və silin. Faylı bağlayarkən yadda saxlayın.

5. Kompyuterinizi söndürüb yenidən çalışdırın və usb vasitəsi ilə iPhone telefonunuzu kompyuterə qoşun.

Ümüd edirəm ki, tərcümə edilmiş məqaləmiz sizlərin köməyinə çatacaqdır. Əməyə hörmət əlaməti olaraq bu postu sosial şəbəkələrin birində paylaşmanız kifayətdir. Bunun üçün aşağıdakı sosial şəbəkələrin ikonkalarına klik edə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

iPhone və Windows 7 ƏS sinxronlaşdırma probleminin həlli
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: