
Dəyişənin mənasının ekranda göstərilməsini əvvəlki dərsdə aşağıdakı kimi öyrənmişdim:
<?php
$capital = "Parisdir.";
echo "Fransanın paytaxtı ", $capital,"<br />";
?>
Lakin bunu etməyin daha bir asan üsulu vardır. Əgər Dəyişənin adı çüt dırnaq arasında işlətsək o zaman həmən dəyişən interpolyasiya olur. Tək dırnaq içində bu funksiya işləməyəcək. Məsələn:
<?php
$capital = "Parisdir.";
echo "Fransanın paytaxtı $capital <br />";
?>
Brauzerdə görəcəyimiz nəticə:
Fransanın paytaxtı Parisdir.
Bundan başqa dəyişənin interpolyasiyasının işlədilməsində daha bir nyuans mövcuddur. Aşağıdakı koda nəzər yetiririk:
<?php
$soz = "kitab";
echo "Sən $sozxanaya gedəcəksən? <br />";
?>
Əvvəlki dərsdə öyrəndiyim kimi, $soz dəyişənin çıxışda mənası ilə əvəz olacağını gözləyirdim. Lakin brauzeri yenilədikdə xəta baş verdi. Bunun baş verməməsi üçün sozxanaya sözünun hansı hissəsinin dəyişəcəyini php-yə demək lazımdı. Bunun üçündə bizə lazım olan sahəni fiqurlu möhtərizə ilə əhatəyə alırıq:
<?php
$soz = "kitab";
echo "Sən {$soz}xanaya gedəcəksən? <br />";
?>
Brauzerdə çıxacaq nəticə:
Sən kitabxanaya gedəcəksən?
Daxilində digər Dəyişənin adını daşıyan Dəyişən
PHP-də Dəyişənin mənasına hər hansısa informasiyadan başqa digər dəyişənin adınıda yerləşdirmək mümkündü. Koda fikir veririk:
<?php
$apples = 5; // $apples adlı Dəyişəni yaradırıq
$fruit = "apples"; /* $fruit adlıdaha bir Dəyişən yaradırıq və mənasını ilk yaratdığımız dəyişəni yerləşdiririk */
// İndi biz nəticədə $apples dıyişənini, $$fruit kimi göstərə bilərik.
echo "Qabda ", $$fruit, " ədəd alma vardır";
?>
İkili dırnaqlı sətrli konstantlarda bu növ dəyişəni düzgün göstərmək üçün, ikinci dollardan sonra dəyişəni fiqurlu möhtərizə ilə əhatəyə alırıq. Məsələn:
<?php
$apples = 5;
$fruit = "apples";
echo "Qabda ${$fruit} alma vardır";
?>
Hər iki kodun nəticəsi brauzerdə aşağıdakı kimi olacaqdır:
Qabda 5 alma vardır.
Salam.mən wordpressde yaratdigim saytima reklam kodu almisam.amma onu yapisdira bilmirem.kopyalayib metin hissede yapisdiriram amma reklam goruntu kimi dusmur herifler dusur.xahis edirem mene komek edin reklamin bitmek vaxtina az qalir
Salam. Zəhmət olmasa reklam kodunun haraya yapışdırdığınızı ətraflı izah edəsiniz.