Ubuntu 18.04 versiyasına Apache veb serverin quraşdırılması

6 Bəyənmə Şərh yazmaq

Dünyada ən çox istifadə edilən veb server Apache veb serveridir. Demak olar ki 80% internetdə olan veb saytlar bu veb serverin üzərndə işləyir. Apache haqqında olduqca bol məlumat vardır. Bu məqaləmizdə isə Apache veb serverin Ubuntu əmələiyyat sisteminə necə quraşdırıldığı haqqında paylaşacam.

Bütün əmrləri Ubuntunun terminalından və ya SSH ilə serverinizə qoşularaq daxil edilməlidir.

Addım 1: Apache paketinin yuklenmesi ve quraşdırılması

Apache Ubuntu-nun proqram mərkəzində susmuş halda mövcuddur. Odur, kiçik bir əmr ilə onu yükləmək mümkündür.

İlk öncə Ubuntu-nun paketlərini aşağıdakı əmr ilə yeniləyirik:

sudo apt update

Sonra isə apache2 paketini yükləyirik:

sudo apt install apache2

Addım 2: Firewall-un tənzimlənməsi

Proqramın profilini ufw servis ilə yoxlayırıq:

sudo ufw app list

Çıxışda görürük:

Available applications:
Apache
Apache Full
Apache Secure
OpenSSH

Sonra Apache profilinə 80-ci portu qulaq asması və gələcəkdə problemsiz fəaliyyəti üçün  icazə veririk:

sudo ufw allow 'Apache'

Dəyişiklərin ourduğuna əmin oluruq:

sudo ufw status

Çıxışda

Status: active

To          Action   From
--          ------   ----
OpenSSH     ALLOW    Anywhere
Apache      ALLOW    Anywhere
OpenSSH(v6) ALLOW    Anywhere (v6)
Apache(v6)  ALLOW    Anywhere (v6)

Əgər çıxışda Status: inactive olsa o zaman aşağıdakı əmri daxil edərək aktivləşdirin:

sudo ufw enable

Addım 3: Veb serverin yoxlanılması

Yuxarıdakı bəsid addımlardan sonra veb serverin düzgün quraşdırıldığına əmin olmaq üçün sistem systemd init servisi ilə yoxlayırıq:

sudo systemctl status apache2

Görünəcək nəticə

apache2.service - The Apache HTTP Server
Loaded: loaded (/lib/systemd/system/apache2.service; enabled; vendor preset: enabled)
Drop-In: /lib/systemd/system/apache2.service.d
└─apache2-systemd.conf
Active: active (running) since Tue 2018-04-24 20:14:39 UTC; 9min ago
Main PID: 2583 (apache2)
Tasks: 55 (limit: 1153)
CGroup: /system.slice/apache2.service
├─2583 /usr/sbin/apache2 -k start
├─2585 /usr/sbin/apache2 -k start
└─2586 /usr/sbin/apache2 -k start

Apache-nin default səhifəsini görmək üçün brauzerdə serverinizin ip ünvanını və ya localhost yazaraq keçə:

http://serverin_ip_ünvanı

Ubuntu 18.04 Apache default veb səhifəsi:

Addım 4: Virtual Host-un quraşdırılması

Apache serverimiz hazır olduqdan sonra artıq ilk veb saytımızı serverə quraşdıra bilərik. Misal üçün mən example.com adlı saytı öz local serverimdə quraşdıracam və brauzerlə bu ünvana daxil olduqda öz yaratdığım sayta keçəcəyəm.

İlk öncə Apache-nin saytlar üçün nəzərdə tutulan qovluğunda öz saytımızın qovluğunu yaradaq:

sudo mkdir -p /var/www/example.com/html

Qovluğa sistem hüquqlarını təyin edin:

sudo chown -R $USER:$USER /var/www/example.com/html

Susmuş halda kök (root) qovluq oxuma və yazma hüqüqlarını avtomatik olaraq təyin edəcəkdir. Lakin bir daha əmin olmaq üçün aşağıdakı əmrin daxil olmağında fayda vardır:

sudo chmod -R 755 /var/www/example.com

Saytın qovluğu hazır olduqdan sonra sadə bir index.html fayl yaradırıq və nano redaktoru ilə açırıq:

nano /var/www/example.com/html/index.html

Terminalda açılmış fayla aşağıdakı HTML kodunu kopyalıyırıq:

<html>
    <head>
        <title>Welcome to Example.com!</title>
    </head>
    <body>
        <h1>Success!  The example.com server block is working!</h1>
    </body>
</html>

Kopyaladıqdan sonra yaddaşa verməyi unutmayın!

Sonra Apachenin sites-available qovluğunda saytınızın adına uyğun virtual host faylını yaradın. Bizim misalımızda example.com.conf faylı olacaqdır:

sudo nano /etc/apache2/sites-available/example.com.conf

Terminalda açılmış redaktora aşağıdakı konfiqurasiya kodunu daxil edin. Burada saytınızın serverdə tanınması və rahat işləməsi və loqların yazılması üçün xüsusi əmrlər yazılmışdır:

<VirtualHost *:80>
   ServerAdmin admin@example.com
   ServerName example.com
   ServerAlias www.example.com
   DocumentRoot /var/www/example.com/html
   ErrorLog ${APACHE_LOG_DIR}/error.log
   CustomLog ${APACHE_LOG_DIR}/access.log combined
</VirtualHost>

Faylı yaddaşa verərək editordan çıxırıq.

Faylı a2ensite servisi ilə aktiv etmək lazımdır. Bunun üçün aşağıdakı əmri daxil edirik:

sudo a2ensite example.com.conf

Yaratdığımız konfiqirasiya faylımız default konfiqurasiya faylı ilə konflikt yaratmasın deyə 000-default.conf faylın işni aşağıdakı əmr ilə dayandırırq:

sudo a2dissite 000-default.conf

Apchenin virtual host konfiqurasiya faylının uğurla çalışdığına əmin olmaq üçün test edirik:

sudo apache2ctl configtest

Uğurlu olduğu təqdirdə aşağıdakı kimi terminalda göstəriləcəkdir:

Syntax OK

Əgər Syntax Ok yazısından başqa aşağıdakı kimi xəta görsəniz o zaman aşağıdakı əmrləri yerinə yetirin:

AH00558: apache2: Could not reliably determine the server's fully qualified domain name, using 127.0.1.1.
Set the 'ServerName' directive globally to suppress this message

Keçirik apache2 qovluğuna

cd /etc/apache2/

Burada root hüquqları ilə əsas confiqurasiya faylını açırıq:

sudo vim apache2.conf

Konfiq faylının ən sonuna aşağıdakı əmri kopyalıyıb redaktordan çıxırıq

ServerName localhost

Apache-ni söndürüb yenidən başlamaq lazım olacaqdır. Bunun üçün:

Terminalda nəticəsiz:

sudo systemctl restart apache2

Terminalda xəbərdarlıqla:

sudo /etc/init.d/apache2 restart

Artıq apache veb serveri http://example.com domeni üçün yuxarıda yaratdığımız index.html faylını açmalıdır. Google Chrome brauzerimi işə salıram və http://example.com ünvanına daxil oluram! Uraaa! Mən aşağıdakı yazını görürəm, bəs siz?

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Ubuntu 18.04 versiyasına Apache veb serverin quraşdırılması
5 / 4 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: