Need For Speed: Most Wanted oyunun bütün kodları

1 Bəyənmə Şərh yazmaq

Salam Need for Speed həvəskarları. Bu gün saytımızda NFS oyunun Most Wanted versiyasında istifadə olunan kodlarlı sizlərlə paylaşacam. Öz xüsusi efektləri seçilən və 15 “qara” siyahı ilə təqdim olunan bu oyun, əvvəlki Underground versiyalarından çox fərqlənir. Oyunun 16 noyabr 2005-də işıq üzü görməsinə baxmayaraq bu gündə geniş oynanılmaqdadır.

Kodları daxil etmək üçün ilk öncə öyunu başladırıq və əsas menuya keçmədən, aşağıda “CLICK to Continue” yazısı yazılan səhifədə daxil edirik:

  1. iammostwanted – bütün maşınları açmaq;
  2. givemethegto – GTO-nu aktiv etmək;
  3. burgerking – Burger King Challenge yarışmasını aktivləşdirmək;
  4. castrol – Castrol Ford GT-ni aktiv etmək;
  5. regmebaby – karyera üçün 20 000 dollar pul qazanmaq;
  6. opendoors – xəritənin bütün nöqtələrinə sürə bilərsiniz;
  7. ordermybaby – bütün maşınlara girişin açılması;
  8. gimmevisual1 – 1-ci səviyyəli vizual əlavələrin açılması;
  9. gimmevisual2 – 2-ci səviyyəli vizual əlavələrin açılması;
  10. needperformance1 – 1-ci səviyyəli əlavələrin açılması;
  11. needperformance2 – 2-ci səviyyəli əlavələrin açılması;
  12. goforoldspice – köhnə vinillər;
  13. needmybestbuy – ən yaxşı vinillərin açılması;
  14. gotmycingular – Cingular sponsorlu vinillərin açılması;
  15. gottahavebk – Burger King vinilləri;
  16. gottaedge – Edge sponsorlu vinillərin açılması.

$10,000 dolların alınması: Bu pulu əlavə olaraq karyera başlayanda o zaman ala bilərsiniz ki, əgər siz əvvəl həmən komputerdə Need For Speed: Underground oyunun karyera rejimində heç olmasa bir iki misyasını keçib yaddaşa vermişsiniz.

Xüsusi marker: Titul ekranında [Yuxarı], [Yuxarı], [Aşağı], [Aşağı], [Sola], [Sağa], [Yuxarı], [Aşağı] düymələrini sıxsanız, One Stop Shop-də arxa otaq adlanan yerə düşə bilərsiniz.

Karyeraya başlayarkən bəzi məsləhətlət: Oyunu başlatmaq üçün ən yaxşı avtomobil  – Cobalt SS maşınıdır. Eclipse avtosunu alıncaya kimi onunla qara siyahını keçin.

Əgər sizin bildiyiniz və yuxarıda olmayan maraqlı məlumatınız olsa, o zaman bizimlə aşağıdakı şərh formasından paylaşa bilərsiniz.

Geniş ekran rejimi

Müasir komputerlərdə oyunu geniş ekranlı rejimində açmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır. Arxivi yükləyin və oyunun quraşdırıldığı qovluğa köçürün.

Fix WideScreen Issue

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Need For Speed: Most Wanted oyunun bütün kodları
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: