Noutbookum bərk qızır – Nə etməli?

Bəyənmək Şərh yazmaq

Noutubukun güclü qızmağı müxtəlif səbəblərdən baş verə bilər: soyutma sisteminin çirklənməsindən tutmuş enerjinin istifadəsi və tənzimlənməsinə cavab verən mikroçiplərin mexaniki və ya proqram zədələnməsinə kimi əhatə edir.  Bu noutbuklarda da müxtəlif formada özünü biruzə verir — məsələn oyun oynayan zaman noutbukun sönməsi. Aşağıdakı məqalədə çalışacayıq noutbuk qızdıqda nə etməli və gələcəkdə bu cür problemin qarşısını almaq üçün hansı addımları atmalıyiq.

Mikroçiplərin mexaniki zədələnməsini və ya proqram alqoritmin xətasını ev şəraitində düzəltmək demək olar ki mümkün olmayandır. Ondansa ən ağıllı məsləhət noutbuku hər hansı bir ustaya göstərmək daha məqsədə uyğundur.

Noutbukun qızma səbəbləri

Ən geniş yayılmış səbəblərdən biri noutbukun soyutma sisteminin yaxşı iştəməməsidir. Buna səbəb ventilyasiya kanallarının tozla tıxanması və həmçinin soyutma sisteminin nasaz vəziyyətdə olması ola bilər.

Bunun üçündə noutbukunuzun istifadə qaydalarına əsasən arxa qapağını açın, azgüclü tozsovuranın köməyi ilə komputer platasına toxundurmadan üzərindəki tozu alın. Unutmayın ki, komputer platasının üzərində minlərlə xirda detallar verdır və onlar komputerin düzgün işləməsi üçün müəyyən bir funksiya yerinə yetirir.

Sonra isə qulaq təmizləyəni zəif spirt məhluluna batırırıq və plataya qəti sürətdə toxundurmayaraq metal turbaların içərisində, fanın ətrafında olan bərkimiş toz yığınaqlarını təmizləyirik. Daxili korpusdan və komputerin digər detallarından yapışqan tozu ekran silmək üçün istifadə etdiyimiz salfetdən də istifadə etmək olar. Həmən salfetlərin tərkibində də spirt məhlulu mövcuddur.

10 dəqiqə noutbuku açıq saxlayırıq ki butun sahələri ququsun və sonra qapağını bağlayıb işə salırıq.

Noutbookun fanı işləmir

Növbəti ən geniş yayılmış problem soyutma fanının düzgün işləməməsi və ya istehsalatçı brakının olmasıdır. Müasir noutbuklarda və həmçinin köhnə “böyük” komputerlərdə mərkəzi prosessorun stabil işləməsi üçün havnın düzgün tənzimlənməsinə fanlar nəzarət edir və onların işləmə müddəti iki ildən beş ilədək fərqlənir. Bəzən də olur ki, zavod səhvindən və ya keyfiyyətsiz fanın quraşdırılmasından söyutma sistemi noutbukda çökür.

Əgər ventilyator səs salmağa, yavaş fırlanmaşa və ya ümumiyyətlə fırlanmadısa o zaman notbuku tam söndürməli, fanı açmalı və pərləri çıxardaraq içəriindəki motora müəyyən qədər düzgün yağ tökməli.  Düzdü bəzi fanlar, ən əsasıda müasir noutbuklarda remont etmək mümkün olmur. Məsləhətimiz əlbətdəki servisə göstərməyiniz olacaqdır.

Qızma probleminin profilaktikası və ya «Nə edək?»

Noutubukun qızmasının qarşısını almaq üçün onu çalışmaq lazımdır ki, havalandırması və toz olmayan şəraitdə işlədəsən. Noutbuku mütəq və ancaq düz və bərk olan səthdə istifadə etməli, oturacaqla və səthlə düzgün məsafə saxlamı və arasında havanın düzgün sirkulyasiya etməsinə imkan yaradılmalıdır. Əgər noutbuku çarpayının, yastığın, xalçanın və hətta dizin üzərində istifadə etməyə örəşmişsəniz, o zaman bu çür problemlərlə qaşılaşacağınıza hazır olun.

Bundan başqa noutbukunuzu hər hansı bir parça ilə örtməyin və ya klaviaturanın üzərinə də heç bir şey bağlamayın. Müasir komputelərdə klaviatura ətraflarında noutbukun düzgün soyudulması üçün balaca pəncərələr vardır. Birdə pişiylər noutubuk xəstəsidirlər, onlarıda komputerdən uzaq tutmaq lazımdır. Fanın çölə vurduğu isti havadan pişiklər məst olurlar. 🙂

Termopastanın dəyişdirilməsi

Profilaktika kimi də termopastanın düzgün istifadəsi də ola bilər. Dəişmək üçün səliqə ilə noutbukun alt qapağını çıxardın və səliqə ilə noutbukun soyutma sistemini platadan aralayın.  Bunları etdikdə siz ağ, boz, sarı və rəngi qeyri adi bir rəngə oxşar diş pastasına bənzər bir qatqı görəcksiniz. Onu səlist olaraq səthdən nəm salfet ilə təmizləməlisiniz. 10 dəqiqə gözləməlisiniz ki qurusun və sonra isə yeni termo pastanı sürtməlisiniz.  Pastanı bərabər olaraq həcmi 1 millimetrdən artıq olmayaraq yaymalısınız. Bunun ya xüsusi alətlə yada təmiz kağız parçası ilə etmək olar.

Ən önəmlidi də termopastanı yayarkən mikroçip üzərində yerləşən müxtəlif xırda detalları zədələməməkdir. Termopastanı tək soyudulan səthə deyil fanın dəmirinədə sürtmək vacibdir ki, soyutma prosesi düzgün getsin. Əgər siz termopastanı dəyişərkən çipin üzərindəki köhnə pasta daşlaşdırılmışdırsa o zaman siz tam vaxtında öz komputerinizin köməyinə yetişdiniz! Çünki bu artıq mikroçipin bərk qızıb noutbukun sıradan çıxmasına gətirib çıxarda bilərdi.

Noutbukunuzu sevin, onu səliqə ilə işlədin və o da sizə eyni ilə yaxşı işləyəcək və sizin sadiq dostunz olacaq.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Noutbookum bərk qızır – Nə etməli?
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: