Disk Drill proqramının köməyi ilə məlumatın bərpası

Bəyənmək Şərh yazmaq

Salam. Bu məqalədə Windows üçün pulsuz təqdim olunan məlumatların bərpası proqramı olan Disk Drill™ haqqında geniş məlumat vermək istərdim. Bundan başqa proqramı əyani olaraq yoxlayıb, istehsalçının nə qədər düzgün məlumat verdiyinə əmin olmağa çalışağam. Hədəfim format edilmiş fləş yaddaşından heç bir faylı zədələmədən bərpa etməkdir.

Onu da qeyd etmək istərdim ki, Disk Drill Mac OS X komputerləri üçün çoxdan tərtib edilmiş. Lakin Windows istifadəçilər proqramla hələm tam tanış deyillər.

Birdə, bu proqram Mac komputerləri üçün artıq pulludur, lakin Windows istifadəçiləri pulsuz proqramın dadını çıxarda bilərlər. Birdə, əgər siz bu məqaləni buradan oxuyursunuzsa, o zaman o hər zaman pulsuz olacaqdır. Axı bizim öz soft portalımız var! 😉

Disk Drill – istifadəsi

Bütün bərpa prosesi üçün mən şəkillərlə dolu bir fləşka göturdum. İlk öncə fləşkada olan bütün faylları sildim, və üstəlik fayl formatını FAT32 dən NTFS-ə dəyişmək şərti ilə format etdim.

Proqramı işə saldıqdan sonra siz əsas səhifədə komputerdə olan və qoşulan bütün yaddaş qurğuların siyahısını görəcəksiniz. Və hər qurğunun önündə böyük «Recover» (bərpa etmək) düyməsi. Əgər düymənin yanındakı göstəriciyə klik etsək o zaman aşağıdakı siyahı çıxacadır:

  • Run all recovery methods (bütün növ bərpa metodlarını işə salmaq. Recover düyməsini sıxdıqda, susmuş halda bu metod aktivləşəcəkdir);
  • Quick scan (tez skan etmək);
  • Deep Scan (dərin skan etmək).

«Extras» (дополнительно) linkin yanındakı işarəni sıxdıqda siz bərpa olunacaq bütün faylların bir faylda DMG faylına yığa bilərsiniz. Bu onun üçün yaxşıdır ki, əgər bərpası çox çətin və uzun çəkən faylları zədələmədən bərpa etmək mümkün olsun. DMG – İSONRG kimi disk üzü faylıdır. 7zip ilə rahat açılır.

Deməli belə, biz öz fləşimizdəki faylları bərpa etmək üçün sadəcə «Recover» düyməsini sıxıb bərpa prosesinin bitməsini gözləyirik.

Artıq ilkin etap olan Tez skan prosesi zamanı 20 şəkli bərpa etdi. Onlara kiçik həcmdə ilk görünüş kimi baxmaq üçün lupa işarəsinə klik etməklə mümkündür. Düzdür, bəlkədə yeganə minuslarından biri də faylın adını bərpa etməməsidir. Çox gəribədir ki, fləşkadan başqa fayllarda çıxdı. Mənim isə yadıma gəlmir mən bu faylları bura haçan yazmışam. 🙂

Axtarışdan sonra faylları bərpa etmək üçün ilk öncə onları işarələyirik və sonra yuxarıda Recover düyməsini sıxırıq. Düymə pişiy şəkli örtdüyü üçün görünmür. Bütün bərpa olunmuş fayllar Документы qovluğuna yerləşdirilir.

Həqiqətəndə sözün bitdiyi an bax budur. Çünki pullu olan o qədər fayl bərpaedici proqramlar görmüşəm ki, onların bu proqramın heç yanında belə sıralanmasına layiq deyildir. Əhsən!

Əgər məqaləmiz maraqlı oldusa, o zaman aşağıdakı sosial şəbəkələrin işarələrinə sıxaraq paylaşın!

İstehsalçının rəsmi səhifəsindən:

Disk Drill

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Disk Drill proqramının köməyi ilə məlumatın bərpası
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: