Excel-də təkrarlanan məlumatların tapılması

1 Bəyənmə Şərh yazmaq

Indiki Excel fayllarında dublikatlar demək olar ki bütün ofis işçiləri üçün adı hala çevirilib.  Məsələn, bir neçə excel cədvəllərini bir fayla yığdıqda və ya bir excel cədvəlini bir çox istifadəçi tərəfindən doldurulduqda dublikat adların rəqəmlərin və sair məlumatların olması qaçınılmazdır. Dublikat dəyərlər cədvəlin hər hansı bir sətrində, sütununda və ya bütün səhifəsində ola bilər. Microsoft Excel proqramında dublikatların tapılması, redaktəsi və silinməsi üçün müxtəlif alətlər vardır. Aşağıdakı məqalədə Exceldə dublikatların müəyyən edilməsi metodikası təsvir edilmişdir.

1.     Excel (2007+)-də dublikatların tapılması

Zənn edək ki, sizdə excel cədvəlində üç sütunda məlumatlar vardır və məlumatların əksəriyyəti təkrarlanır. Bizim tapşırığımız dublikatları tapmaq və onlardan qurtulmaqdır. Axtarış aparmaq istədiyimiz cədvəli seçirik. İlk öncə Данные” menyusuna keçirik “Работа с данными” qrupuna keçirik və Удалить дубликаты” ikonasına klik edirik.

Əgər hər bir sütunun başlığı varsa o zaman “Мои данные содержат заголовки” yazının önünə işarə qoyun. İşarəni  həmçinin axtaracağınız sütunlarının başlıqlarının önundə də işarələyin. 

ОК düyməsinə klik edirik. Pəncərə bağlanacaq və excel səhifəsində olan bütün dublikat məlumatlar silinəcəkdir.

2.     Genişləndirilmiş filtr əsasında dublikatların silinməsi

Cədvəldə hər hansı bir özəyə klik edin və  Данные” menyusuna keçirik, Сортировка и фильтр” qrupunda olan Дополнительно” yazısına klik edək.

Açılmış “Расширенный фильтр” pənçərəsində “скопировать результат в другое место” cümləsinin qabağına keçin və dairəni işarələyin. “Исходный диапазон” yerində cədvəlinin yerləşdiyi ərazini işarələyin. “Поместить результат в диапазон” yerində cədvəlin ən yuxarı sol özəyinə klik edərək seçirik və “Только уникальные значения” cümləsinin önünə quş qoyuruq. “ОК” düyməsinə klik edirik.

Nəticədə yeni bir cədvəl yaranacaqdır və həmən cədvəldə daha heç bir dublikat olmayacaqdır.

3.     Şərti formatlamanın köməyi ilə Təkrarlanan məlumatların seçilmiəsi Excel (2007+)

Dublikatların olduğu cədvəli seçirik sonra keçirik Главная menyusuna, Стили qrupunda Условное форматирование ikonkaının üzərinə klik edirik -> Правила выделения ячеек -> Повторяющиеся значения yazısına klik edirik.

Açılmış Повторяющиеся значения  pəncərəsində dublikatların seçim formatını mütləq seçmək lazımdır. Standart olaraq dublikat kimi tapılmış sözlər açıq-qırmızı rəngdə fonunda və tünd-qırmızı rəngdə şrift rəngini alacaqdır.

Diqqət yetirin, bu zaman təkrarlanan tək sütundakı sözlər yox, həmdə təkrarlanan sətrlərdə ki eyni sözlərdə seçiləcəkdir.

4.     Toplu cədvəl funksiyasını istifadə etməklə təkrarlanan məlumatların tapılması

Bizə məlum üç cədvəl başlığının yanında yeni bir sütüna “Счетчик” başlığını verək. “Счетчик” sütunun altından başlayaraq hər sətrdə 1 rəqəmini daxil edək.  Cədvəli seçək  Вставка” mensyusuna keçək “Таблицы” qrupunda Сводная таблица” işarəsinə klik edək.

Toplu cədvəlini yaradırıq.  Название строк” sahəsinə bizə məlum olan 3 sütün başlıqlarını dartıb atırıq içinə Значения” sahəsinə isə Счетчик” başlığını tarıb atırıq.

Yaranmış yeni toplu cədvəldə 1 ədədində çox olan bütün sətrlər özündə dublikat daşıyırlar. Təkrarlanan məlumatlar haqqında daha geniş informasiya almaq üçün “Счетчик” başlığını yenidən filtr edə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Excel-də təkrarlanan məlumatların tapılması
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: