Təhlükəsiz Rejim (Safe Mode)

Bəyənmək Şərh yazmaq

Windows-u çalışdıra bilmirsinizsə və artıq son uğurlu konfiqurasiya üsulunu müvəffəqiyyətsiz sınamısınızsa, Windows-u təhlükəsiz rejimdə başlada bilərsiniz.

Təhlükəsiz rejimdə Windows yalnız maus, monitor, klaviatura, disklər və əsas video qurğusunun sürücülərini yükləyir. Yalnız əsas sistem xidmətləri işə salınır, və şəbəkə aktiv edilmir. Bu, Windows normal yüklənmirsə, sistemdə olan problemləri həll etmək üçün kifayətdir. Nümünə üçün, qurğuların vəziyyətinə baxa bilərsiniz, şübhəli proqram və sürücüləri silə bilərsiniz və Sistem Bərpasını (System Restore) işə sala bilərsiniz.

Təhlükəsiz rejimin tətbiq nümunəsi Windows XP daxilində video qurğusu üçün xətalı parametrlər və ya sürücünün quraşdırılmasıdır. Təhlükəsiz rejimdə əsas VGA sürücüsü (vga.sys) yüklənərək 16 rəngdə 640 x 480 keyfiyyətidə işə düşəcək.

Təhlükəsiz rejimdə bir çox proqram və xidmətlər işə salına bilməz. Məsələn, bu rejimdə lentlə işləyən disk qurğuların istifadəsi mümkün deyil, beləliklə bu cür qurğuların istifadəsi ilə bərpa və ehtiyyatlanma əməliyyatları də mümkün olmayacaq. Təhlükəsiz rejimdə yalnız inzibatçı hüquqlu hesablar keçərli olur.

Təhlükəsiz rejimə keçmək üçün kompüteri işə saldıqda F8 düyməsi ilə Windows Advanced Options menyusunu aktivləşdirib, çıxan siyahıdan Safe Mode sətrini seçin. Standart ? Safe Mode variantı ilə bərabər, bu menyuda bir sıra digər təhlükəsiz rejimlər mövcuddur:

– Safe Mode with Networking Şəbəkə dəstəkli Təhlükəsiz rejim, şəbəkənin istifadəsi üçün lazım olan sürücü və xidmətləri yüklərir. İnternet və ya lokal şəbəkədən istifadə etməyə imkan verir.

– Safe Mode with Command Prompt Əmr sətri ilə Təhlükəsiz rejim, adi rejim ilə eynidir, lakin standart qrafik mühit yerinə əmr sətrini (cmd.exe) işə salır.

– Enable VGA Mode VGA rejimi, Windows-u 640 x 480 ekran keyfiyyəti ilə işə salır və cari sürücüdən istifadə edir (adi təhlükəsiz rejimi isə vga.sys sürücüsündən istifadə edir). Videoadapter və ekran parametrləri ilə yaranan problemləri həll etmək üçün istifadə olunur.

– Debugging Mode – Xəta diaqnostikası rejimi, xətalar haqqında məlumatı kabel vasitəsilə xüsusi qurğuya ötürür.

– Enable Boot Logging Yüklənmə jurnalını aktivləşdir, bütün əməliyyatlar haqqında qeydləri Ntbtlog.txt adlı fayla qeyd edir. Bu fayl %SystemRoot% (əsas diskdə) qovluğunda yerləşir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Təhlükəsiz Rejim (Safe Mode)
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: