$Windows.~BT və $Windows.~WS qovluqların silinməsi

2 Bəyənmə Şərh yazmaq

Əməliyyat sisteminizi Windows 10 yenilədikdə, kompüterin yaddaşında $Windows.~BT və $Windows.~WS yaranacaqdır. Onlar qizli olur və özündə yenilənmədən sonra artıq qalan faylları cəmləyir. Düşünürəm sistemdə onların qalması yer itkisindən başqa bir şey deyil.

Onların həqiqətəndə sistem yaddaşında olmaları haqqında əmin olmaq üçün, qovluqlara baxış pəncərəsində «Вид» menusuna daxil olub, gizli qovluq və faylları göstər kimi işarəliyirik.

Əgər sözügedən qovluqlar sistemdə olsa, üzərinə siçanın sağ düyməsi ilə klik edirik və  kontekst menyudan «Свойства» seçirik. Mənim kompüterimdə onların həcmi 6Qb-dır!

Bəs həmən qovluqları necə silmək olar?

Əgər qovluqları standart üsul ilə silmək mümkün olmasa, o zaman Windows Terminalını administrator hüquqları ilə işə salırıq və aşağıdakı əmrləri bir-bir daxil edərək Enter düyməsini sıxırıq.

$Windows.~BT qovluqu üçün

  • takeown /F C:\$Windows.~BT\* /R /A
  • icacls C:\$Windows.~BT\*.* /T /grant administrators:F
  • rmdir /S /Q C:\$Windows.~BT\

$Windows.~WS qovluqu üçün isə:

  • takeown /F C:\$Windows.~WS\* /R /A
  • icacls C:\$Windows.~WS\*.* /T /grant administrators:F
  • rmdir /S /Q C:\$Windows.~WS\

Əgər sizin əməliyyat sisteminiz C: diskinə quraşdırılmayıbsa, o zaman müvafiq olaraq diskin hərfini kodları daxil edərkən dəyişdirməlisiniz. Əgər əməliyyatları yerinə yetirərkən sistem tərəfindən sizə imtina edilirsə, məsləhət görərdik ki, sistemi söndürüb yenidən başladıb silmə ardıcıllığını bir daha yerinə yetirəsiniz.

Oxudunuz üçün təşəkkür edirəm!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

$Windows.~BT və $Windows.~WS qovluqların silinməsi
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: