Office Word ilə PDF sənədin yaradılması

1 Bəyənmə Şərh yazmaq

Bu gün ofisdə olarkən skan olunmuş şəkill formatlı fayllardan təcili Pdf yaratmaq lazım oldu. Bu işin mənim üçün çox asan olduğundan, öz işçilərimdən bunu etməyi xahiş etdim. Məqsəd bu 1 dəqiqəlik prosesin onların bilib-bilməmələrini yoxlamaq idi. Məni təcübləndirən məqamda bunun heçkimin bilməməsi oldu.

Mənə bildirdilər ki, bu çox çətin proses olmalıdır və onu necə edəcəklərini bilmirlər. Aşağıdakı təlimatda bunun necədə asan proses olduğunu göstərəcəm.

İlk öncə Start düyməsini sıxıb Microsoft Word proqramını işə salırıq.

Açılmış faylda xətkeşin başlanğıc künclərini maksimal olaraq sıfırlayırıq. bunu Hər dörd tərəfdə etmək lazımdı:

Əvvəl:

Sonra:

Eyni qayda ilə sağ yuxarı və sol aşağı küncləri də sıfırlamalısınız.

Sonra Вставка mesunsa keçib buradan Рисунок bəndini klikləyirik. Açılmış pəncərədə lazım olan şəkilləri seçib Вставить düyməsini sıxırıq.

Bütün şəkillər uğurla Word sənədinə yerləşdirildikdən sonra, Файл menusuna keçib Сохранить как bəndinə bir dəfə klik edirik. Sənədin yaddaşa veriləcək yeri seçib Тип файла: menusundan PDF seçib düyməsini sıxırıq.

Vəssalam! 🙂 PDf sənəd hazırdır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Office Word ilə PDF sənədin yaradılması
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: