Galaxy Smartfonuna SMS səsin təyin edilməsi

Bəyənmək Şərh yazmaq

Bir həftə öncə şirkətdən bütün korporativ telefonların dəyişdirilməsi əmrini aldıq və bir saat ərzində hamıda Samsung mobil smartfonu oldu. Hamı işini atıb başladı bir-birindən suallar soruşmağa: köhnə telefondan təzə telefona emailları necə köçürək, rehberi necə kopyalayaq, buna necə eyni rinqton və ya kohnə telefondakı kimi eyni sms səsi təyin edək və s.

Bunlar menim üçün asan suallar oldu, yalnız birindən başqa – o da sms-ə necə musiqi təyin edilməsi. Bu günki qəhrəmanımız Samsung Galaxy Star 2 plus olacaqdır.


Əslində bütün proses çox asandır. Android sistemində telefon zəngi və xəbərdarlıq səsləri üçün ayrılmış iki qovluq vardır: Ringtones və Notifications. Cəmi 2-cə dəqiqə vaxt lazımdır ki, sevdiyiniz melodiaları təyinatı üzrə qovluqlara yerləşdirəsiniz. Bunun üçün sistem qovluqlarını göstərə biləcək Fayl Menecerini Play Market-dən yükləyin. Bizim məsləhət gördüyümüz fayl meneceri: ES Проводник tədbiqidir.

Mp3 faylları bluetooth-la və ya komputerinizi komputerə qoşaraq kopyalıyın və fayl menecerin köməyi ilə yalnız zəng üçün istifadə edəcəyiniz musiqi parçasını Ringtones qovluğuna, SMS və digər xəbərdarlıq səsləri üçün isə Notifications qovluğuna köçürməlisiniz.

Bəzən olur ki sözü gedən qovluq adlarına rast gəlinmir. Bu zaman yuxarıda qeyd olunan qovluqları yaratmağınız lazımdır.

Smartfonun səs ayarlarına daxil oluruq və qovluqlara köçürtdüyünüz bütün musiqi parçalarını standart səs siyahısında taparaq təyin edə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Galaxy Smartfonuna SMS səsin təyin edilməsi
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: