
Əksər istifadəçilər Windows 8 -də Start menyusunun Metro Style olduğu üçün bu sistemdə işləmək istəmirlər. Və onuda deyim ki, noutbuk-un üzərində gələn lisenziyalı sistemdən belə imtina edirlər! Əksər istifadəçilər ya Windows 7-ə keçir ya da 10-a üz tuturlar. Bu günki təlimatda siz standart Windows 8 (8.1) Start menyusunun Metro görünüşündən Windows 7 formasına geri qaytarmasının şahidi olacaqsınız. İlk öncə gəlin anlayaq Metro Style və Windows 7 Style nədir.
Metro Style Start
Windows 7 Start
Təlimata başlayaq
- İlk öncə Start menyusunu dəyişəcək proqram təlimatını yükləyək. Classic Shell (rəsmi saytından)
- Yüklədiyimiz proqramın üzərinə iki dəfə klik edərək kompüterimizə quraşdırırıq.
- Quraşdırma bitdikdən sonra bir dəfə Start düyməsinə klik edirik. Açılmış pəncərədə yeni Start menyumuzu necə görmək istədiyimiz seçirik və start düyməsini təyin edirik.
Əgər proqramla bağlı hər hansı sualınız olarsa, şərh formamızdan istifadə edərək bizə ünvanlaya bilərsiniz.