Medal of Honor: Bot oyunçuların əlavə edilməsi

1 Bəyənmə Şərh yazmaq

Salam klassik atışma oyun həvəskarları. Bir çox özəllikləri ilə doıu olan bu oyunun artıq 10 ildən artıq bir tarixi vardır. Bir dəfə quraşdırılan oyun digər kmputerlərə quraşdırılmış qovluğu kopyalayaraq belə oynamaq olar. Bu oyunu indi əsasən zəif komputrlərdə şəbəkədə Counter Strike əvəzinə də oynamaq mümkündür.

Şəbəkədə oynayarkən, Counter Strike-dan fərqli olaraq bot oyuncuların olmaması ilə fərqlənir. Özünün gözəl əraziləri və dəqiq detalları oyun prosesini xoş edir, lakin köməkçi komputer oyunçuların olmaması real oyuncuya qrup şəkildə atışmaya imkan vermir.

eagleAR adlı tərtibatçı oyunda botlarla oynanılmasına imkan verən bir skript yazmışdır. Həmən skript fayllarını aşağıdakı linkdən yükləmək mümkündür.

Botlar Skripti

Tələblər:

Bu skriptləri Medal of Honor oyunun bütün versiyalarına quraşdırıb oynamaq mümkündür. Botları yaradan isə jv_bot01.pk3 və jv_bot01_update1.pk3 fayllarıdır ki, arxivdə tapa bilərsiniz.

Quraşdırılması

Medal of Honor Allied Assault oyunu üçün:
=====================

Oyunun quraşdırılmış qovluğuna daxil olun və main qovluğunu tapın. İçərisinə aşağıdakı faylları kopyalayın:

  1. jv_bot01.pk3
  2. jv_bot01_update1.pk3
  3. zzz_eaglear_aabot_dm.pk3 (arxivdə 7 xəritə üçün bütün bot skriptləri vardır)
  4. zzzz_bastongne_bot.pk3 (bastogne fakültativ xəritəsi)
  5. zzzz_frag-n-rock_bot.pk3 (frag-n-rock fakültativ xəritəsi)
  6. zzzz_russia_stlo.pk3 (russia & stlo fakültativ xəritəsi)
  7. zzzz_thelostvillage_bot.pk3 (the lost village fakültativ xəritəsi)

MoH:AA Spearhead oyunu üçün:
=====================

Oyunun quraşdırılmış qovluğuna daxil olun və mainta qovluğunu tapın. İçərisinə aşağıdakı faylları kopyalayın:

  1. zzz_eaglear_spbot_dm.pk3
  2. zzz_eaglear_spbot_towsp.pk3

MoH:AA Breakthrough oyunu üçün:
=====================

Oyunun quraşdırılmış qovluğuna daxil olun və maintt qovluğunu tapın. İçərisinə aşağıdakı faylları kopyalayın:

  1. zzz_eaglear_spbot_dm.pk3
  2. zzz_eaglear_spbot_towsp.pk3
  3. zzz_eaglear_sptow_onlybt.pk3
  4. zzz_eaglear_btbot_tow.pk3
  5. zzz_eaglear_btbot_obj.pk3
  6. zzz_eaglear_btbot_lib.pk3

Ümüd edirə ki, bütün anlatılanları düzgün quraşdırıb oyundan lokal şəbəkədə həzz alırsınız!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Medal of Honor: Bot oyunçuların əlavə edilməsi
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: