Wondershare Data Recovery — fayllarınıza yenidən qovuşun!

1 Bəyənmə Şərh yazmaq

İki gün öncə noutbukumu format etdim. Ən azından 50-ci formatım idi. Fikrim söhbətə qarışıb C diskini NTFS-ə format etməkdən D Diskini format etdim!!! Siz zənn edin ki, mən C diskindən mənə vacib olan bütün faylları D diskinə kopyalıyıb rahat-rahat formata başlayacaqdım.

Təəssüf halda formatı bitirdim və boş D diskinə daxi oldum. Vaxtı ikən burada mənim bütün fayllarım var idi. Bir müddət sonra möcüzəli Wondershare Data Recovery proqramı ilə tanış oldum. Və indi məhs bu proqram mənim sevdiyim TOP 20 proqramıma daxil oldu! Mən səhvn format etdiyim D diskində olan bütün fayllları qeri qaytardım.

Proqram həm flash card-dan həmdə sərt disklərdən silinmiş faylların bərpası üçün yararlıdır.

Wondershare Data Recovery flash yaddaşın geri qaytarılması

Misal üçün bu günki faylların bərpası flash disk olacaqdır. Mən əvvəlcədən NTFS fayl sistemi ilə format edilmiş flash diskin içinə bir neçə fayl kopyaladıqda sonra flesh diski FAT32 fayl sisteminə format etdim. Çalışacam faylları bərpa edim.

Bərpa üçn faylların növünü seçin

Proqramı işə saldıqdan sonra iki addıma prosesi işə salmaq olar. Birinci addım faylın növünü, ikinci isə haradan bərpa olunacaqdır. Əgər proqramı standart varianta keçirsəniz, 4 əsas bəndə yaranacaqdır:

  • İtmiş faylların bərpası (Lost file recovery) — flash disklərdən, zibil qabından və hər hansı bir qovluqdan silinmiş faylların bərpası.
  • Bölmələrin bərpası (Partition Recovery) — itmiş və zədələnmiş disk bölmələrin bərpası və faylların geri qaytarılması.
  • Dərin Fayl Bərpası RAW — əgər yuxarıdakı üsüllar kömək etmədisə, o zaman bu funksiya ilə bərpa prosesini başlatmaq lazımdır. Bu zaman faylın adı ilkin ad kimi deyil, proqram özü təyin edəcəkdir. Sizə fayl lazımdı yoxsa onun adı? 🙂
  • Bərpanı davam etdirmək (Resume Recovery) — əgər böyük həcmli diski bərpa edirsinizsə və sizdən prosesin bitməsinə 5 saat qalıb vaxtı verilibsə , siz prosesi dayandırıb sonra davam etdirə bilərsiniz.

Mənim misalımda birinci bədi — Lost File Recovery seçdim. İlkin addımda mən öz flash diskimi seçdim. Mən həmçinin «Deep Scan» (глубокое сканирование) bəndini də işarələdim. Start düyməsinə sıxaraq bərpa prosesini işə saldım.

Faylların axtarış prosesi təqribən 10 dəqiqə vaxt apardı. (Flash diskin həcmi 16GB-dır). Sonda bütün fayllar tapıldı və uğurla bərpa olundu.
Proqramın sol tərəfində tapılmış faylları onların aid olduğu fayl qrupları üzrə çeşidlərnir. Bəzi faylların hətda ilkin görünüşünü belə görə bilərsiniz.

Sonda

Bu günki qəhrəman proqram sözün əsl mənasında mənə kömək etdi. Amma onuda deyim ki, bu fayl bərpasında ilk və tək proqrma deyil. Əgər sizin bildiyiniz və bizə məsləhət görəcəyiniz proqram varsa buyurun aşağıdakı formadan paylaşın.

Proqramı rəsmi saytından yükləyə bilərsiniz!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Wondershare Data Recovery — fayllarınıza yenidən qovuşun!
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: