
Klaviatura Elektron Hesablama Maşınlara müxtəlif növ məlumatları daxil etmək üçün istifadə edilən əsas cihazlardan biridir.
Daxil edilən informasiyanın növü proqramdan asılı olaraq düymələrin sıxılıb buraxılması ilə müxtəlif interpretasiya olunur. Klaviaturanın vasitəsi ilə rəqəm, hərf, ieroqlif və hətda musiqi notları daxil etmək mümkündür. Klaviatura bir sözlə komputerin idarə edilməsi və proseslərin aparılması üçün ən vacib periferiyalarından biridir.
Komputer klaviaturası ön hissədən çap maşının oxşayır və deyərdim ki sonuncuyla oxşarlığı elə burdaca bitir. Əgər çap maşınında biz düymələrə sıxaraq düymənin üzərindəki hərf mexanizm kimi kağıza həkk olunursa, klaviaturada basılan hər bir düymə operatora elektrik siqnalları göndərir ki, komputer həmən siqnalları operatordan alaraq prosessorda həyata keçiri. Belə desək həmən siqnalları komputer dilinə tərcümə edir.
Klaviatura Cihazı
Görəsən klaviaturanın içində nə var? Sən demə içində komputer var imiş! Bəli komputer, lakin bu komputer bir mikrosxemadan ibarətdir və yalnız xüsusi funksiyaları yerinə yetiri. O, basılmış düymənin nömrəsini əsas komputerə göndərir.
Əgər aşaxıdakı şəkilə nəzər yetirsək, burada klaviaturanın sadə iş prinsipini görə bilərik ki, bu da bütün düymələrin matrisanın birləşmə yerlərində yerləşdiyinin şahidi oluruq:
Klaviaturanın İş prinsipi
Matrisanın bütün horizontal xətləri rezistorların köməyi ilə +5 V güclü toka bağlıdır. Komputer klaviaturasının iki portu mövcuddur – giriş və çıxış portları. Giriş port matrisanın üfüqi xətlərinə (şəkildə X0-X4), çıxış portu isə şaquli xətlərə birləşmişdir (şəkildə Y0-Y5).
Bütün şaquli xətlərdə gərginlik səviyyəsini məntiqi 0 ilə tənzimləyərək, komputer klaviaturası üfüqi xətlərdə gərginliyin hansı səviyyədə olduğunu sorğulayır. Əgər klaviaturada heç bir düymə sıxılmayıbsa, o zaman üfüqi xətlərdə gərkinlik səviyyəsi məntiqi 1 bərabər olur. (Buna səbəb bütün üfüq xətlərdə rezistorla birləşdirilmiş statik +5 V gərginliyin olmasıdır).
Əgər istifadəçi klaviaturada hər hansısa bir düyməni sıxsa, o zaman üfüqi və şaquli xətlər bir-biri ilə bağlanacaqdır. Bu zaman prosessor şaquli xətlərdə olan məntiqi 0 dəyəri üfüqi xətlərə transver edir və nitəcədə də üfüqi xətdə məntiqi dəyər də 0-ra bərabər olur.
Əgər hər hansısa bir üfüqi xətdə mətiqi 0 səviyyəsi yaranırsa, bu zaman klaviatura prosessoru düymə basılmasını fiksasiya edir. Sonra o mərkəzi komputerə matrisada sıxılmış düymənin sıxılma intesivini və düymənin nömrəsini göndərir.
Klaviaturanın mikroprosessoru komputerə siqnalı göndərərkən o yalnız basılan düymənin harda yerləşdiyini söyləyir. Siqnalın emal edilməsi üçün, komputer aldığı siqnalı sıxılmış düyməyə əsasən lazımı dəyərə çevirir. Xüsusi elektron siyahıda – kodirovka cədvəli – hər klaviatura düyməsinə uyğun olaraq ikili simvolla təhlil edir. Gələcəkdə isə məlumatların emalı prosesi sözügedən ikili simvollardan istifadə ediləcəkdir.
Klaviatura düymələri qrupu
Standart İBM PC klaviaturası bir neçə düymələr qrupu mövcuddur:
- Alfavit-rəgəm və simvol düymələri;
- Xüsusi düymələr: <Esc>, <Tab>, <Enter>, <BackSpace>.
- Funksiyonal düymələr: <F1>…<F10…>.
- Kursorun hərəkət etdirmək üçün köməkçi düymələr (<Up>, <Down>, <Left>, <Right>, <Home>, <End>, <PgUp>, <PgDn>).
- Redaktə üçün xidməti düymələr <Ins> <Del>.
- Reqistrin dəyişdirilməsi və digər düymələrin kodlarını dəyişdirən xidməti düymələr <Alt>, <Ctrl>, <Shift>.
- Registerləri təsbit etmək üçün xidməti düymələr <CapsLock>, <Scroll-Lock>, <NumLock>.
- Müxtəlif köməkçi düymələr <PrtSc>, <Break>, <Grey +>, <Grey ->.
Windows Əməliyyat Sistemində istifadə olunan klaviş birləşmələri
Düymələr | Təsviri |
Ctrl + Escape və ya Win | “Пуск” (Startt) menusunu açır |
Ctrl + Shift + Escape | Tapşırıqlar menecerinin (диспетчера задач) ən asan açılması yoludur! |
Ctrl + Alt + Delete | Windows-un təhlükəsizlik ekranın çağırışı. |
Shift + F10 AppsKey |
Hər hansısa bir faylın üzərində bu kombinasıya siçanın sağ düyməsini sıxdığımız an açılan menusudur. (Kontekst menu) |
Win + E | Mənim Komputerim qovluğunun açılması. |
Win + R | Əmr daxil edilmə pəncərəsinin çağırılması. (“Выполнить”). |
Win + M | Bütün açıq pəncərələri aşağı qatdalamaq (iş stolunu göstərmək). |
Win + Shift + M | Bütün qatdalanmış pəncərələrin açılması. |
Win + D | Pəncərələrin aşağı qatdalanıb və açılması. |
Win + B | Fokusu sistem treyinə ötürür (aşağıda sağ tərəfdə yerləşən sahə saatın olduğu yer). Proses işarələri seçimini dəyişmək üçün ox şəkilli düymələrdən istifadə etmək olar. Açmaq üçün isə Enter düyməsinə bir dəfə sıxılmalıdır. |
Win + L | İş stansiyasının blok edilməsi. |
Win + F Win + Control + F |
Axtarış panelini aktiv edərək keçiricinin açılması. |
F3 | Windows ƏS-də axtarış panelin açılması və ya gizlədilməsi. |
Win + F1 | Windows ƏS-in istifadə qaydaları. |
Win + Pause | Sistem xassələri pəncərəsini açan əmr. |
Win + Tab Win + Shift + Tab |
Pəncərələrin xüsusi efektlə çevirilməsi. |
Alt + Tab Alt + Shift + Tab |
İşlək vəziyytdə olan proqram pəncərələrinin çevirilməsi. |
Alt + F4 | Aktiv pəncərənin bağlanması. Əgər aktiv pəncərə yoxdursa zaman iş stolu rejimində Windows-un söndürülməsi pəncərəsini çağırır. |
Shift | USB və ya CD taxıldığı zaman düyməni sıxıb saxladığınız zaman, avto çağırış pəncərəsi açılmayacaqdır. |
Printscreen (PrtSc) | Komputerin buferinə ekran şəklinin kopyalaması. Paint proqramını açıb Ctrl+V düymələrini sıxsanızbunun şahidi olarsınız. |
Alt + Printscreen | Yalnız aktiv olan pəncərənin şəklinin çəkilməsi. |
F6 Tab |
Siçan fokusunu əvəz edən xassəyə malikdir. Məsələn əgər Start düyməsinə siçanın kliki olmadan keçmək istəyirsinizsə, Tab bir neçə dəfə sıxıb seçim işarəsinin ekra üzrə hərəkət etdiyini görəcəksiniz. |
Alt + Enter | Bəzi proqramlarda xassələri çağırır. |
F2 | Faylın üzərinə bir dəfə klik edib bu düyməni sıxdıqda, o zaman faylın adının dəyişmək imkanını yaradır. |
Delete | İş stolunda və ya müxtəlif qovluqardan fayl və ya qovluların sislinməsi. |
Shift + Delete | Zibil qabına atmayaraq fayl və ya qovluğun birdəfəlik silinməsi. |
F5 | Qovluğun içərisində və ya brauzerdə saytı yeniləmək istəyirsinizsə, o zaman bircə dəfə sıxın. |
Backspace | Əgər brauzerdə əvvəlki səhifəyə və ya iç-içə olan qovluqların bir üst qovluğuna qayıtmaq üçün bir neçə dəfə sıxılmalıdır. |
F4 | İnternet explorer və qovluqda olarkən ünvan sətrinə keçid edilməsi. |
Windows iş stolunda və müxtəlif qovluqlarda istifadə olunan kombinasiyalar
Düymələr | Təsviri |
Ctrl + C Ctrl + Insert |
Obyektin mübadilə buferinə kopyalanması. |
Ctrl + X Shift + Delete |
Obyektin mübadilə buferinə köçürülməsi. |
Ctrl + V Shift + Insert |
Mübadilə buferindən kopyalanmış və ya köçürülmüş obyektin qoyulması. |
Ctrl + N | Yeni sənədin, layihənin yaradılması və ya buna bənzər əməliyyatın aparılması. Müxtəlif brauzerlərdə yeni səhifə açır. |
Ctrl + S | Hal-hazırdakı sənədi, layihəni və s. yaddaşa vermək. |
Ctrl + O | Sənədin, layihənin və s. proqram üzrə seçim pəncərəsini çağırı. |
Ctrl + P | Çap etmək. |
Ctrl + Z | Sonuncu edilən əməliyyatı geri qaytarmaq. |
Ctrl + A | Hamısını seçmək. |
Ctrl + F | Axtarış pəncərəni çağırmaq. |
Ctrl + F4 | Proqramın daxilində açıq olan pəncərələrin bağlanılması. |
Ctrl + F6 | Bir proqram içində olan müxtəlif pəncərələr arasında keçid. |
F1 | İstifadə Qaydaları və kömək pəncərəsinin açmaq. |
F11 | Brauzerdə, proqramda və ya qovluqda olarkən tam ekranlı rejimə keçmək üçün istifadə olunur. |
Alt + Enter | Tam ekranlı rejimə keçirilməsi – yalnız proqrmalar üzrə aktivdir. |
Alt + Space | Kiçik sistem pəncərəsinin açılması. |
Alt F10 |
Pəncərənin menyusunun çağırılışı. |
Ctrl + Tab Ctrl + Shift + Tab Ctrl + PageDown Ctrl + PageUp |
Qoşmalar üzrə keçid. |
Space | Müxtəlif formalarda “quş qoymaq”. |
Ctrl + Left Ctrl + Right |
Mətndə söz bə söz keçid etmək üçün istifadə olunur. |
Ctrl + Up Ctrl + Down |
Mətnin vertikal hərəkət etdirilməsi və ya yuxarı – aşağı istiqamətlərdə abzasın dəyişdirilməsi. |
Shift + Left Shift + Right Shift + Up Shift + Down |
Mətnin seçilməsi. |
Ctrl + Shift + Left Ctrl + Shift + Right |
Kursordan sol və ya sağ istiqamətdə sözün seçilməsi. |
Home End Ctrl + Home Ctrl + End |
Mətndə sətrlərin əvvəlinə və ya axırına keçilməsi. |