Windows 8 və 8.1 administrator hesabının aktiv edilməsi

Bəyənmək Şərh yazmaq

Bu günki məqaləmizdə Windows 8.1 və Windows 8 əməliyyat sistemlərində administrator hesabını aktiv edilməsinin bir-neçə üsulunu izah edəcəyik. Susmuş halda bu hesab komputerinizi format etdikdən sonra özü yaranır, lakin istifadəçi onu görmür.

Bu hesabla daxil olduqda, siz Windows 8.1 və 8 əs-inin super istifadəçisinə çevirilirsiniz ki, bu da sizə sistem qovluqlarına, müxtəlif ayarlara və sair istifadə hüququnu qazandırır.

Bəzi məsləhətlər:

  • Əgər administrator hesabını aktiv etmisinizsə, sözügedən hesaba şifrə təyin etməniz məqsədə uyğundur.
  • Administrator hesabını daima işlək vəziyytdə saxlamanız məsləhət görülmür. Hesabın əsas özəlliyi, sistemdə konkret məsələləri həll etməniz üçün işlətmək, sistemin bərpası kimi funksiyalarına daxil olmaq üçün işlədilməsidir.
  • Gizli olan Administrator hesabı lokal hesabdır. Bu hesabla daxil olduqda, siz Windows-un əsas ekranı üçün yeni tədbiqləri başlada bilməzsiniz.

Terminalın köməyi ilə hesabın aktiv edilməsi

Birinci və bəlkədə ən asan üsül ilə başlayaq administrator hesabını aktivləşdirməyə.

Bunun üçün:

  1. Windows + X düymələrini sıxırıq və terminalı administrator adından işə salırıq. Bunun menyunun müvafiq bəndini seçirik.
  2. net user администратор /active:yes əmrini terminala daxil edirik və enter düyməsini sıxırıq. (ingilis dilli sistemlər üçün kirilcə yazılmış администратор sözünün əvəzinə administrator yazırıq).
  3. Artıq terminalı bağlayıb Administrator hesabına daxil ola bilərsiniz.

Administrator hesabını deaktiv etmək üçün eyni olaraq terminalı işə salırıq və bu əmri daxil edirik net user администратор /active:no

Administrator hesabına siz Windows-a daxil olan zaman yuxarıda sağ küncdə söndürmə işarəsinə klik edərək daxil olmaq olar.

Windows 8-də lokal təhlükəsizlik siyasəti ilə administrator hesabı

Administrator hesabının aktiv edilməsinin ikinci üsulu əməliyyst sistemində lokal təhlükəsizlik siyasətinin redaktəsidir. Bunun üçün Windows + R düymələrini sıxırıq və «Выполнить» pəncərəsinə secpol.msc əmrini daxil edib, Enter-i sıxırıq.

Redaktor pəncərəsində «Локальные политики» bəndi açılacaqdır ki, oradan— «Параметры безопасности» seçib, «Учетные записи: состояние учетной записи Администратор» bəndini tapıb iki dəfə üzərinə klik edirik. Buradan hesabı aktivləşdirin və lokal təhlükəsizlik siyasəti pəncərəsini bağlayın.

Lokal istifadəçilər və qruplar funksiyasından istifadə edərək

Sonuncu usulumuzda Windows 8 və 8.1 əməliyyat sistemlərində administrator hesabının aktivləşdirmək üçün sistemin Lokal istifadəçilər və qruplar ayarlarından istifadə edəcəyik.

İndi Windows + R düymələrini sıxırıq və lusrmgr.msc əmrini «Выполнить» pəncərəsinə daxil edib Enter düyməsini sıxırıq. «Пользователи» qovluğunu açırıq və «Администратор» üzərinə iki dəfə klik edin. Açılmış balaca pəncərədə «Отключить учетную запись» sözünun önündəki işarəni götürün və sonra «Ок» düyməsinə klik edin. Artıq siz hesabınızı dəyişib administrator adı ilə sisteminizə daxil ola bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Windows 8 və 8.1 administrator hesabının aktiv edilməsi
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: