Məcburi dövlət sosial sığortası üzrə hesabat

6 Bəyənmə Şərh yazmaq

Keçən yazımızda Fiziki şəxsin sadələşmiş vergi hesabatın elektron qaydada necə təqdim edildiyi barədə danışmışdıq. Lakin fiziki şəxs təkcə vergi hesabatını deyil həmdə Məcburi dövlət sosial sığorta üzrə də hesabat verməlidir. Buna görədə bu məqaləmizdə bu hesabatın elektron qaydada necə təqdim olunması barəsində danışacağıq.

İlk öncə Fiziki şəxs www.e-gov.az ünvanına daxil olmalı və Portala Giriş səhifəsində “Asan imza ilə daxil olmaq” keçidinə tıklamalıdır.

Növbəti səhifədə Fiziki şəxsin adına alınmış ASAN İmza nömrəsini və İstifadəçi İD-sini müvafiq xanalara daxil etdikdən sonra Daxil ol düyməsini sıxmalıdır.

İstifadəçi İD əslində Fiziki şəxsin doğum tarixidir. Məsələn: əgər fiziki şəxsin təvəllüdü 30 May 1988-ci ildirsə, o zaman onun İD-si 300588 kimi olacaqdır.

Daxil olduqdan sonra ASAN İMZA sim kartı taxılı olan mobil telefona təsdiq sms-i gələcəkdir. Sistemə giriş etmək üçün PİN-1 daxil edirik.

E-gov.az sisteminə daxil olduqdan sonra yuxarı sağ tərəfdən Vətəndaş vəzifəsini dəyişib Sahibkar seçmək lazımdır.

Hesabatımız Məcburi dövlət sosial sığortası üzrə olduğu üçün axtarış sətrinə “məc” yazmaqla ilk çıxan nəticənin üzərinə klik edirik.

Yeri gəlmişkən əsas səhifədən Bütün Xidmətlərin üzərinə klik edib sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə klik edib və sonda siyahıdan birinci keçidə klik etsəniz eyni nəticəni əldə etmiş olacaqsınız.

Yuxarıdakı təlimatlar düzgün yerinə yetirildiyi təqdirdə aşağıdakı kimi məlumatlar görünəcəkdir. Bu səhifədə biz Hesabatların onlayn qəbulu blokunu klikləyirik.

Növbəti səhifədə Yeni hesabat blokunun tam aşağısında Keç> yazısının üzərinə klik edirik.

Əgər hesabatınız yenidirsə İlkin əks təqdirdə köhnə hesabatınıza Düzəliş kimi seçib Növbəti düyməsinə klik edirik.

Növbəti səhifədə Rübü seçirik. (Mən 3-cü rübdə hesabatı təqdim etdiyim üçün III rübü seçməli oldum).

Növbəti səhifədə bizdən fəaliyyət kodu tələb olunacaqdır. Nümunədə göstərdiyim Fiziki şəxsin siyahıda fəaliyyətinə uyğun olaraq kodu seçib Davam Et düyməsini sıxıram. Siz fəaliyyət kodun düzgün seçilməsinə əmin olun.

Növbəti səhifədə biz Fiziki Şəxsin hesabatdan öncəki borclarını və ya artıq ödəməlirini görürük. Hal-hazırda aşağıdakı şəkildə Sığorta Edilənin DSMF-ə müvafiq müddəalar üzrə borcları vardır. Narahat olmadan Davam Et düyməsini sıxırq.

Növbəti səhifədə sistem bizi daha diqqətli olmağa çağırır. Davam Et düyməsini sıxmağı unutmuruq.

Əgər hər ay Fiziki şəxs gpp.az saytı və ya Ödəniş Tapşırıqları ilə mütəmadi şəkildə MDSS haqqını vaxtı vaxtında ödəyibsə, o zaman növbəti səhifədə o, həmən ödənişləri hesabata əlavə edəcəkdir.

Hamısını Əlavə Et düyməsini sıxaraq rüb ərzində ödənişlərimizi hesabatımıza əlavə etmiş oluruq.

Ödənişləri uğurla əlavə etdikdən sonra Davam Et düyməsinə klik edirik.

Yuxarıda misal olaraq göstərdiyim şəxs öz fəaliyyətini dayandırmış Fiziki şəxsdir. Bu addıma kimi həm fəaliyyətini dayandırmış həmdə fəaliyyətdə olan Fiziki şəxslər eyni formada hesabat təqdim edirlər deyə iki ayrı məqalə yazmağa ehtiyac duymadım. Lakin bu addımnan sonra kiçik başlıqlar ilə fərqləndirəcəm.

Fəliyyətini dayadnırmış FŞ

Fəliyyəti hələm 2-ci rüb dayandırıldığı üçün gəliri olmayan FŞ 3-cü rüb üzrə heç bir ayı seçmir.

Fəliyyətdə olan FŞ

Fəaliyyətini tam şəkildə davam etdirən FŞ 3-cü rübə daxil olan bütün ayları seçməlidir.

Fəliyyətini dayadnırmış FŞ

Fəliyyətdə olan FŞ

Hər ikisində bu eynidir. Odur ki Davam Et….

Fəaliyyətini dayandırmış FŞ əlavə olaraq 2 azn ödədiyi üçün onu Penya xanasına yazırıq. Çünkü 3-cü rübün ortalarında şəxsə nə qədər penya yazılacağı haqda məlumatımız yox idi.

Əgər bu sahəni kimsə doldurursa, lütfən şərhdə bu barədə ətraflı yazsın. Biz doldurmadıq. Sadəcə Növbəti düyməsini sıxırıq.

Kimin əgər Sair gəliri varsa lütfən doldursun. Bizdə olmadığından boş buraxırıq.

Nəticədə biz FŞ üçün nə qədər borcun müvafiq müddəalar üzrə hesablandığını görürük.

Burada fikir verin ki sizin borcunuz SE-nin DSMF-yə borcu (15,09azn) çıxılsın DSMF-nin SE-nə borcu(17,20 azn) kimi götürülməlidir. Nəticə əgər mənfi alınarsa DSMF bizə, yox əgər müsbətdirsə biz DSMF-yə borclu lacağıq. Fəaliyyətini dayandırmış FŞ-də -2.11 azn . Deməli borcumuz yoxdur.

Fəliyyətini dayadnırmış FŞ

Fəaliyyətini dayandırmış FŞ burda 0 (sıfır) göstərərək davam edir.

Fəliyyətdə olan FŞ

Fəaliyyəti olan isə 1 bir yazaraq davam etməlidir.

İlk öncə baxıb…

Sonra isə bölüşdürürük…

Fəliyyətini dayadnırmış FŞ

Fəliyyətdə olan FŞ

Fəaliyyətdə olan FŞ mütləq bu addımda Bölüşdür düyməsinə sıxmadan öncə Düzəliş etməlidir.

Açılmış pəncərədə minimum əmək haqqı daxil edilməlidir və Yadda saxla düyməsi sıxılmalıdır.

Hər ikisində Bölüşdür düyməsi olacaqdır. Düymələri sıxmağı unutmuruq.

Əgər varsa Əlavə edirik yoxdursa Davam…

Əgər hesabatınızı təqdim edən mühasib varsa o, burada öz məlumatlarını əlavə edir. Özünüz təqdim edirsinizsə o zaman Göndər düyməsi kifayətdir.

Sonuncu xəbrdarlıq edilir ki bütün addımları dəqiq yoxlayasınız.

Göndər düyməsi sıxıldıqdan sonra hesabatınızı ASAN imzanızla təadiqləməyiniz tələb olunacaqdır. İmzala düyməsini sıxırıq.

Telefonunuza gələn SMS-i PİN-2 yığmaqla hesabatınızın göndərişini təsdiqləyirsiniz.

Səhifəni yeniləmədən təsdiqləditiniz sənəd yüklənəcəkdir. Bu sənədi açmaq üçün ASAN imzanın rəsmi saytına keçərək oradan ASAN DOC tədbiqini yükləyib komputerinizə quraşdırırsınız. Proqram quraşdırıldıqdan sonra yüklənmiş faylın üzərinə iki dəfə klik edirsiniz.

Avtomatik proqram yüklənmiş sənədi açacaqdır. Göndərmiş olduğunuz hesabatı və o cümlədən yekun borcunuz haqqında öyrənmək üçün aşağıdakı şəkildə göstərilən sahəyə iki əfə klik edin.

Fəliyyətini dayadnırmış FŞ

Fəliyyəti dayandırılmış şəxsin DSMF-yə heç bir borcu yoxdu.

Fəliyyətdə olan FŞ

Fəaliyyəti olan işçimizin DSMF-yə borcu vardır. Tez ödəniş tapşırığı hazırlayıb gedirəm banka….

Dostlar, əgər məqaləni bəyəndinizsə, bizi dəstəkləmək üçün lütfən onu bircə dəfə paylaşın.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Məcburi dövlət sosial sığortası üzrə hesabat
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: