
Dostlarm məndən onların Sürücülük Vəsiqələrində olan cərimələr haqqında məlumat almaları haqqında tez-tez xahiş edirlər. Buna görədə, istərdim sizə bunun necə yoxlandığı haqqında qısa bir təlimatda izah edim.
İlk öncə daxil oluruq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq saytına. Sayta keçid burada: Cərimələrin Yoxlanılması Saytı
Burada bizə maraqlı olan yer şəkildə göstərilə ərazi olacaqdır.
- Seriya №-si xanasında Sürücülük Vəsiqənizin Seriya nömrəsini hərflərlə birlikdə daxil edirik. Məsələn: AC123321
- Sonra yoxlanılan şəxsin doğum tarixi ilə Sürücülük Vəsiqəsinin bitmə tarixini daxil edirsiz.
- Mən robot deyiləm yoxlamasına quş qoymağı unutmayın.
Misal üçün tanıdığım şəxsin vəsiqəsini məqalə üçün yoxlayacaqym. Beləki, düzgün məlumatları daxil etdikdən sonra siz aşağıdakı səhifəni görəcəksiniz.
Cərimələr olduğu təqdirdə:
Sürücünün adı, soyadı və cəriməni törətdiyi avtomobilinin məlumatları məxvilik siyasətinə uyğun olaraq göstərilməmişdir.
Cərimə olmadığı təqdirdə:
Əgər sizin sualınız olarsa, lütfən saytın müvafiq şərh bölməsinə yazıb göndərə bilərsiniz.