Komputerdə saat yaddaşda qalmır! – Nə edək?

Bəyənmək Şərh yazmaq

Əgər hər dəfə komputeri söndürüb yenidən çalışdırdıqda komputerin tarix və saat göstəricisi və o cümlədən BİOS ayarları sıfırlanırsa, demali bu məqaləmiz sizlərə faydalı olacaqdır. Problem əsasən köhnə komputerlərdə geniş yayılmışdır amma bəzən yeni komputerlərdə belə rast gəlinir.

Adətən belə problem komputerin ana platasında yerləşən kiçik batareyanın minimal enerjinin təmin etməməsindən yaranır.

Batareya probleminə görə

Ana platanın üzərində BİOS ayarlarının yaddaşda uzun müddətli qalması üşün istehsalçılar xüsusi yastı batareya yerləşdiriblər. Həmin batareyanın cərəyanı saatın komputeri elektrikdən ayırandan sonra da hər zaman düz göstərməsini təmir edir. Vaxt ötdükcə sözü gedən batareya zəifləyir.

Və məhs batareaya görə bu problem baş verir. Nə etməli? Yeganə çarə batareyanın eyni modeli ilə dəyişdirilməsdir. Bunu etmək üçün:

  1. Komputerinizi söndürün və tokdan ayırın;
  2. Komputer prosessor blokunun qapağını açın və plata üzərindəki aşağıdakı şəkildəkinə oxşar batareyanı tapın. Üzərinə yavaşça sıxın və batareya özü çıxacaqdır.
  3. Yeni batereyanı quraşdırın.
  4. Komputeri yandırdıqdan sonra BİOS-a daxil olub oradan saat və tarix ayarlarını tənzimləyin.

Adətən yuxarıdakı təlimatları edərək siz bu problemdən birdəfəlik olaraq qurtula biərsiniz. Batareyanın özünə gəldikdə isə, demək olar ki 3 voltluq və CR2032 markalı batareya çox yayılmışdır. Bu növ batareyalar iki cür satılır: ucuz olan və biraz bahalı Litthium Cell olan ki, bizdə sonuncusunu məsləhət görürük.

Əgər batareyanın dəyişilməsi bir efekt vermədisə

Əgər əziyyət çəkib batareyanı dəyişdirdikdən sonra yenədə bu problem aradan qaldırmaq mümkün olmadısa, deməli problem batareyada deyilmiş. Aşağıda sadalanmış bəndlər problemin səbəblərindən ola bilər:

  • Ana platanın istifadə dövründə yaranmış defektləri, əgər köhnə komputerdisə yalnız ana platanın dəyişdirilməsi ilə, yenidirsə qarantiya əsasında təmirinə və ya dəyişdirilməsi ilə yenidən işləyə bilər.
  • Qeyri-statik cərəyanlar – müxtəlif səbəblərdən prosesorda baş verən anormal cərəyan sıçrayışları. Adətən bu tip sıçrayışlar CMOS (BİOS yaddaşı) sıfırlanmasına gəlib çıxardır ki, bu da öz növbəsində tarix və saatı sıfırlayır.
  • Çox nadir hallarda BİOS proqramının yenisi ilə əvəz edilməsi və ya elə həmən versiyanın silinib yenidən yazılması kömək edir. Onuda qeyd etməliyəm ki, BİOS-un yenilənməsi çox təhlükəlidir, çünki bircə səhv addım komputerinizlə əbədi vidalaşa bilərsiniz.
  • Bu problemin aradan qaldırılması CMOS yaddaşının sifirlanmasıda kömək edə bilər. CMOS “dişləri” batareyanın yanında yerləş ki, orada CLEAR və ya RESET sözlərini tapacaqsınız. Fikir verin, bəlkə elə həmən “dişçiklər” sıfırlanma modunda qalıb? Bəlkə elə ona görədir biz bu qədər əlləşirik? 🙂

Düşünürəm bu problem ilə əlaqədar bütün mövcud həlli yollarını danışdıq. Əgər sizin bildiyiniz hər hansı bir təklif, yada qarşılaşdığınız problem olubsa, lütfən şərhdə bizimlə paylaşın.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Komputerdə saat yaddaşda qalmır! – Nə edək?
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: