DNS keşi necə və niyə təmizləyək?

Bəyənmək Şərh yazmaq

Bizim girib izlədiyimiz saytların ünvanları(ip adresləri) bizim bilgisayarın DNS Cache-də saxlanılır. DNS cache-dəki məlumatlar yenilənməyə macal tapmamış, saytın İP adresi(və nameserver-ləri) dəyişərsə, o zaman biz həmin sayta daxil ola bilməyəcəyik. Gərək DNS cache-dəki məlumatın vaxtı bitsin və yenilənsin məlumatlar ki, biz o sayta daxil ola bilək. Proxy serverlər ilə daxil olduğunuz zaman sayt açılırsa, sizin bilgisayarda isə açmırsa, o zaman DNS cache-mizi təmizləməliyik. Biz Cache sildikdən sonra, sayta daxil olanda NameServerlərə yeni müraciət göndərilir və saytın İP adresi əldə edilir.

Bunun üçün:

Windows® XP, 2000, Vista® və Windows 7 də DNS Cache-i təmizləmək üçün.

1. Start menyunu açırıq.
2. Run – əmrini seçirik. (Əgər, Vista və 7-də Run seçimi yoxdursa, Search Bar(axtarış hissəsində) Run yazırıq və nəticə çıxanda Run üzərinə tıqlayırıq.)
3. Run proqramı açıldığı zaman, boşluğa ipconfig /flushdns yazıb enteri basırıq.

Windows 8-də Apps -a daxil oluruq, Run proqramını seçirik ya da

1. CTRL + ALT + DELETE basırıq
2. Task Manageri işə salırıq,
3. File menyusundan Run New Task seçirik,
4. Sonra isə ipconfig /flushdns yazıb enteri basırıq.

MacOS® -da

1. Apllications-a daxil olun.
2. Utilities seçin.
3. Terminal Application-u açın.
4. dscacheutil -flushcache yazıb enteri basın.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

DNS keşi necə və niyə təmizləyək?
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: