Windows ƏS-də klaviatura dili itdikdə nə etməli?

Bəyənmək Şərh yazmaq

Salam dostlar. Adətən Windows 7 əməiyyat sistemini 0-dan qurandan sonra öyrəşdiyimiz Shift+Alt düyməsi nəyinki dili dəyişmir hətda dili dəyişmək ikonu ümumiyyətlə olmur. Bu zaman nə etməli? Aşağıda iki Variant təqdim olunur.

Variant 1: Ən populyar olan metodu şəkil ilə göstəririk:

Variant 2: Daha çətin və profesionallıq tələb edən mərhələdir

Əgər yuxarıdakı şəkildə göstərilmiş kimi dil dəyişmə düyməsini qayara bilməsəniz, aşağıdakıları edin:

1. Пуск – 2. Выполнить – 3. msconfig – 4. Автозагрузка.

Orada ctfmon.exe sistem tədbiqini siyahıdan tapıb onu aktiv edirik.

Əgər yuxarıdakı əməliyyat sizin komputerinizdə dil seçimini aktivləşdirmədisə, o zaman daha mürəkkəb bir əməliyyatı yoxlayaq:

  1. Daxil olun C -diskinə
  2. WINDOWS qovluğuna daxil oluruq
  3. system32 qovluğunu tapıb daxil oluruq (faylların çoxluqundan qorxmayın)
  4. bak qovluğunu tapın və daxil olub ctfmon.exe faylını tapın.
  5. ctfmon.exe faylı kopyalayın və bir qovluq geri qayıdaraq system32 qovluğuna əlavə edin.

Yuxarıdakı bütün əməliyyatlar heç bir efekt vermədikdə, geriyə yeganə bir əməliyyat etməyimiz qalır – Register faylının redaktəsi.

Bunu yazmağa borcluyam: Register faylı WINDOWS ƏS-nin ən həssas bölgəsidir. Orada səhv aparılan hər hansı bir əməliyyat mütləq şəkildə sisteminizə xələl gətirəcəkdir. Odur ki, siz aşağıdakı prosesi yalnız öz riskinizə arxalanaraq edəcəksiniz. Məqalənin müəllifi komputerinizə dəyəcək zərərə görə məsuliyyət daşımır.

  1. Пуск 
  2. Выполнить 
  3. Açılmış balaca pəncərədə regedit yazırıq və Ок düyməsinə klik edirik.
  4. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Run kateqoriyanı tapırıq və orada CTFMON parametrin olub-olmamasını yoxlayırıq
  5. Əgər belə bir parametr yoxdursa, o zaman siçanın sağ düyməsi ilə boş yerdə klik edirik və “ctfmon” parametrini yaradırıq və “C:\WINDOWS\system32\ctfmon.exe” əməliyyatını həmən parametrə əlavə edirik.
  6. Eyni əməliyyatı bu kateqoriyada da təkrarlamağı unutmuruq: HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run bu bütün istifadəçilər üçün nəzərdə tutulmuşdur.
  7. Register faylında dəyişiklik etdikdən sonra C:\WINDOWS\system32\ctfmon.exe keçidində  ctfmon.exe faylını aktivləşdirin.

İndi isə Variant 1 də göstərilmiş şəkli yenidən təkrarlayın:

  • Пуск
  • Панель Управления
  • Язык и региональные стандарты.
  • Alt menyu “Языки”
  • Подробнее
  • Параметры
  • Языковая панель.
  • “Отображать языковую панель на рабочем столе” və”Дополнительный значок на панели задач”  punktlarını aktivləşdirin.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Windows ƏS-də klaviatura dili itdikdə nə etməli?
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: