
Windows 7 əməliyyat sistemində dumpın tam yaradılması üçün istifadə olunan fiziki yaddaş həcminə məhdudiyyət qoyulmalıdır. Bunun üçün aşağıdakıları etmək lazımdır:
- Пуск (Start) düyməsini sıxırıq.
- Axtarış sətrində msconfig yazırıq.
- Proqram tapıldıqda Enter düyməsini sıxırıq.
və ya
- Klaviaturada “Windows” + “R” düymələrini sıxırıq.
- Açılmış Выполнить pəncərəsində Открыть sətrinin önündəki formaya msconfig yazırıq.
- Sonra isə ОК düyməsini sıxırıq.
- Sistemin konfiqurasiya pəncərəsində (Конфигурация системы) Загрузка alt pəncərəsini aktiv edirik.
- Загрузка al pəncərəsində Дополнительные параметры düyməsinə klik edirik.
- Açılmış pəncərədə Максимум памяти sahəsinə 2046 daxil edirik və ОК düyməsini sıxırıq.
- Sistemin konfiqurasiya pəncərəsində isə (Конфигурация системы) ilk öncə Применить düyməsini sıxırıq, sonra isə ОК düyməsini.
- Настройка системы pəncərəsində Перезагрузка düyməsini sıxırıq ki, sistem yenidən başlasın və yaddaşa verdiyimiz tənzimləmələr işləməyə başlasın.