Donmuş proqramların işinin dayandırılması

3 Bəyənmə Şərh yazmaq

Windows elə bir sistemdir ki, burada proqramların donması adi bir haldır. Səbəbini bu yazımızda araşdırmayacağıq, çünkü səbəbi olduqca geniş ola bilər. Lakin işimizi ləngidə bildiyinə görə bununla necə savaşmalı? Bu suala çalışacağıq məhs bu yazımda cavab tapaq.

Donmuş (cavab veməyən) programın iş prosesindən kənarlaşdırmaq üçün adətən biz sistemdə Ctrl+Alt+Del düymələrini sıxaraq Tapşırıqlar dispeçerini çağırırıq. Sonra həmən proqramı siyahıdan seçib “Снять задачу” əmrini seçib donmuş proqramdan qurtuluruq.

Lakin aşağıdakı təlimatda, sizə bunun ən qısa və efektiv yolunu izah edəvəm. İlk öncə bir yarlık yaradırıq. Bunun üçün İş masasında siçanın sağ düyməsinə klik edərək Создать -> Ярлык kimi yarlık faylını yaradırıq.

Aşağıdakı sətri kopyalıyırıq formanın içinə:

%windir%\system32\taskkill.exe /f /fi "status eq not responding"

Sonra “Далее” düyməsini sıxırıq və bir ad fikirləşirik, məsələn “Завершить зависшее” və prosesi tamamlamaq üçün “Готово” düyməsinə klik edirik.

Vəssalam. İndi hansısa proqram donduqda, İş stolunda yaratmış olduğunuz yarlıka iki dəfə klik edərək həmən proqramı rahatlıqla bağlaya biləcəksiniz. Həmən yarlıka ürəyiniz istədiyi zaman ikon şəkli və ya administrator adından işə salmaq kimi təyinatlar verə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Donmuş proqramların işinin dayandırılması
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: