SQL nədir?

1 Bəyənmə Şərh yazmaq

İngilis dilində açılışı “Structured Query Language”. Azərbaycan dilində “Strukturlaşdırılmış Sorğu Dili” deməkdir. SQL verilənlər bazasında məlumatları sorğulamaq, nizamlamaq, dəyişmək, silmək, idarə etmək və ya lazım olduqda hansısa bir veriləni (məlumatı) əldə etmək üçün istifadə olunan bir dildir. Bu proqramlaşdırma dili deyil. Sadəcə verilənlər bazasında istifadə olunan bir alt dildir. Amma çoxları SQL-i bir proqramlaşdırma dili ilə səhv salır.

SQL`in tarixi

Verilənlər bazası (məlumatlar bazası) anlayışı meydana gəldikdə, bu anlayışla birlikdə verilənləri sorğulamaq üçün hansısa bir sorğu dilinə ehtiyac olduğu düşünüldü. 1975-ci ildə İBM tərəfindən bir sorğu dili yaradıldı. Bu dil SQUARE adlandırıldı.Bu dil riyazi sintaksisə malik idi. SQUARE dili riyazi sintaksisə malik olduğuna görə bu dili hərkəs istifadə edə bilmirdi. Ona görə də bu dili həm sadə olmağı üçün, həmdə daha çox kütlə tərəfindən istifadə olunmağı üçün sintaksisini dəyişdilər və yeni bir dil yaratdılar. Bu dili SEQUEL olaraq adlandırdılar. İngiliscə açılışı “Structured English Query Language”. Ona görə bu dil belə adlandırıldı ki, bu dilin sintaksisi ingilis dilinə uyğun şəkildə qurulmuşdu. Bu dil ingilis dilinə uyğun bir sintaksisdə olduğuna görə istifadəçilər tərəfindən istifadəsi sadələşdi. Daha sonra SEQUEL dilini SQL olaraq adlandırdılar.

SQL 1980-ci illərin əvvəllərində Unix platforması üçün təkmilləşdirildi. 1982-ci ildə ANSİ (American National Standards Institute) bu dil üzərində işləməyə başladı. 1983-cü ildə ANSİ və ISO (International Organization for Standardization) SQL standartlarını tətbiq etməyə başladı. İlk SQL standartını 1987-ci ildə “İSO 9075” kodu ilə istifadəyə verilmişdir. Sonra “İSO 9076” kodu altında bir neçə yeniliyi ilə SQL-in başqa bir versiyası istifadəyə verildi.

Daha sonra SQL-89 kimi tanınan ANSİ 1989 standart’ı gəldi. O, modulyar olması, digər proqramlaşdırma dillərinin (Pascal, FORTRAN, COBOL kimi) kod sətirlərinin içində basdırıla bilməsi (yazılması), yəni o proqramın kodu kimi onun xüsusiyyətini götürməsi və birlikdə işləməsi baxımından vacib idi.

Statik SQL mənasını verən Embedded (basdırılma) SQL, Dinamik SQL’in yaranmasından əvvəl çox istifadə olunan dil idi. İçində Statik SQL kodu olan hər hansısa bir proqram yığıldıqdan sonra,bu proqramı icra edərkən onun içərisindəki SQL kodlarına müdaxilə etmək mümkün deyildi. Embedded SQL prinsip olarak proqramın içində basdırılmış SQL kodlarını və proqramın öz kodlarını yalnız paralel bir formada şərh etməyə (yazmağa, izah etməyə) imkan yaradırdı.Bu da proqramın performansını artırırdı amma çevikliyini, yüngüllüyünü itirirdi. Sonra isə ANSİ 1992 standartı yarandı. Bunu “SQL-92″ kimi də adlandırırdılar. Bu starndart daxilində SQL-ə yeni xüsusiyyətlər gəldi və SQL tam bir dil kimi tanındı. SQL-92 ilə birlikdə gələn bu xüsusiyyətlərdən bunları göstərmək olar.

  • Verilənlər bazasına qoşulma (əlaqə)
  • Hərəkətli kursorlar
  • Dinamik SQL
  • Cədvəllər arası xarici əlaqə

SQL dili Əlaqəli Verilənlər Bazası İdarəetmə Sistemində (RDBMS) böyük maraq oyatmışdır və Əlaqəli Verilənlər Bazası İdarəetmə Sistemlərinin (Relational Database Management System) hamısında istifadə olunan standart bir dil kimi özünə yer qazanmışdır.

  • Müəllif: Sahil Pirverdiyev 
  • URL: sahilpirverdiyev.wordpress.com

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

SQL nədir?
Bəyəndiniz?
loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: