USB fləşin yaddaşı pozulduqda

5 Bəyənmə Şərh yazmaq

Bir müddət əvvəl mənə təcili olaraq usb fləş yaddaşını format etmək lazım idi. Lakin windowsun standart proqramı vasitəsi ilə bu prosesi yerinə yetirmək mümkün olmadı.

Fləşdə olan həddindən çox virus onu demək olar ki, işlətməyə imkansız edirdi. Əlacı yalnız sistemə zərər yetirmədən əmrlər sətri ilə fləşin format edilməsi olacaqdır. Bunu ‘diskpart‘ alətin köməyi ilə etdim.

XƏBƏRDARLIQ:

Sizə xəbərdaqlıq olunur ki, siz Diskpart aləti ilə çox səliqəli və diqqətlə davranmalısınız. Bu alət sistem disklərinin idarə edilməsi üçün istifadə olunduğu üçün, bilmədən digər disklərə-də zərər vura bilərsiniz.

İlk öncə Windows + R düymələrini sıxaraq əmri icra ətmək üçün xüsusi pəncərəni çağırın və diskpart yazın.

Sonra sistemdə mövcud disk siyahısını görmək üçün list disk əmrini daxil edib Enteri vurun.

Burada çox diqqətli olun! İndi siz komputerə taxdığınız USB Fləş qurğusunu seçməlisiniz. Bunun üçün bu əmri daxil edin: select disk 2 – burada rəqəm sizin disk siyahısı ilə fərqli ola bilər! Buna diqqət yetirin!

Sonra aşağıdakı əmrləri ardıcıllıqla daxil edin:

  1. clean
  2. create partition primary
  3. select partition 1
  4. active
  5. format quick fs=fat32
  6. assign
  7. exit

Əmrləri ardıcıllıqla düzgün daxil etdikdən sonra, siz öz USB Fləş yaddaşınıza yenidən qovuşacaqsınız!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

USB fləşin yaddaşı pozulduqda
5 / 7 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: