Windows 7 də “Tanrı Modu” funksiyası

1 Bəyənmə Şərh yazmaq

Salam dostlar. Bu gün sizlərin məktublarınızı oxuyurdum. Hər gün çoxlu maraqlı təkliflər alıram. Oxucularımdan biri yazıb ki, Windows 7 ƏS-in müxtəlif gizli funksiyaları var və istəyərdim ki, bu barədə daha geniş məlumat əldə edim. Mən bir neçə Rus və İngilis dilli saytlarda axtarış etdim və onuda deyim ki çox maraqlı məlumatlar aldım.

Bunlardan biri də, adı çəkilən əməliyyat sistemində “Tanrı Modu“nun aktiv edilməsidir. “Tanrı Modu” Sizə bir səhifədə dəmək olar ki kompyuterin bütün ayarlarını aktiv edərək həmən yerlərə keçidləri göstərir. Bu bir növ Ayarlar Panelinə bənzəyir. Lakin ondan fərqi, səhifədə bütün ayarlara keçidi sizin üçün daha rahat olmasıdır.

Bəs “Tanrı Modunu” necə aktiv etməli? Bu çox asandır:

  1. Ekaranda siçanın sağ düyməsinə klik edirik;
  2. Açılmış siyahıda Yarat > Yeni qovluq (Создать>Папку) keçidlərini sıxaraq yeni qovluq yaradırıq
  3. Yenicə yaranmış qovluğun adını silib bunu kopyalıyırıq: w7God.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
  4. Vəssalam! Artıq Siz komputerinizi tam idarə edəcəksiniz! 🙂

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Windows 7 də “Tanrı Modu” funksiyası
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: