Windows 7 və 8 fayl genişlənməsinin göstərilməsi

Bəyənmək Şərh yazmaq

Bugünki məqaləmizdə biz sizinlə Windows 7 və 8 versiyalarındakı bütün növ fayl genişləndirilmələrin göstərilməsini izah edəcəyik. Aşağıda ayrılıqda həm Windows 7-də həmdə Windows 8-də bunun necə olunduğunu göstərmişik.

Standart olaraq bütün yeni Windows əməliyyat sistemlərində biz yalnız faylın adını görürük.  Onların genişlənməsini (formatlarını) dəyişmək mümkün olmur. Vizual olaraq bu düzgün seçimdir, çünki hər komputer istifadəçisi proqramçı deyildir. Praktik cəhətdən isə, bizə bəzən genişlənmələrin dəyişdirilməsi lazım gəlir və ən önəmlisidə bir çox faylların ikonkaları bir birinə oxşadıqdan hansının əsl fayl hansınınsa virus olub olmamasını ayırd edə bilmirik.

Windows 7-də fayl genişlənməsinin göstərilməsi

Windows 7-də bu funksiyanı aktiv etmək üçün ilk öncə Ayarlar panelinə daxil oluruq Панель управленияsonra isə açılmış pəncərədə Qovluqların ayarları  «Параметры папок» punktunu seçirik.

Açılmış balaca ayarlar pəncərəsində «Вид» menyusuna klik edib «Дополнительные параметры» sətrin altındakı xanada «Скрывать расширения для зарегистрированных типов файлов» bəndini seçirik. Ok düyməsinə kik edib ayarları bağlayırıq.

Əgər gələcəkdə fayl genişlənməsini yenidən söndürmək istəsəniz həmən prosedurları təkrarlayıb Ok düyməsini sıxmanız kifayətdir.

Windows 8 və 8.1-də fayl genişlənməsinin göstərilməsi

İlk öncə onu geyd etmək istərdik ki, Windows 8 və 8.1-də faylların genişlənməsini yuxarıda göstərilmiş qaydada da etmək olar. Amma Windows 8 və 8.1-də bü əməliyyatı etməyin daha bir asan üsulu vardır.

Hər hansı bir qovluğu və ya Windows + E düymələrini sıxaraq komputer quvluqlarının keçiricisini açın. Əsas menü sətrində «Вид» menüsüna keçin.  «Расширения имен файлов» söz birləşməsini tapın və onun qabağındakı dördbucağın seçilib seçilmədiyinə fikir verin. Əgər seçilibsə o zaman komputerdə faylların adlarını redaktə edərkən tək ona verilən adları deyil, həmdə genişlənmələrinidə redaktə etmək mümkün olacaqdır.

Gördüyünüz kimi bugünki məqaləmiz qısa olmasına baxmayaraq bizə çox faydalı bir funksiyanın necə aktiv olunmasını izah etdi.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Windows 7 və 8 fayl genişlənməsinin göstərilməsi
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: