Adobe Photoshop CS3 lisenziya səhvi

Bəyənmək Şərh yazmaq

Bu gün səhər işdə təcili bir sənədi Photoshop CS3-də hazırlamalıydım. İstədim ki faylı Photoshopda açım və birdən qarşıma balaca bir pəncərə çıxdı və mənə bildirdi ki, siz proqramı başlada bilməzsiniz. Lütfən İT administratorunuza və ya Adobe şirkətinin müştəri xidmətlərinə müraciət ediniz. Uzun sözün qısası mənə aşağıdakı səhvi göstərir:

Çatdıq! 🙁 Səhvin məzmunu: Bu məhsul üçün lisenziya öz fəaliyyətini dayandırmışdır. – yəni lisenziya kodunuz artıq yararsızdır. Problem ondadır ki, Ok düyməsini sıxdıqda Photoshop bağlanır və heç lisenziya kodunu belə dəyişmək mümkün olmur.

Panikaya düşmədən internetə üz tutdum, çox axtardım az axtardım heç bir dolğun bir məqalə tapa bilmədim. Hamısı bir dilnən yazır ki, problemin həlli ancaq proqramı silib sonra yenidən yazıb lisenziyanı dəyişməkdir.

Google axtarış səhifəsinin 3-cü səhifəsinə çatmışdım ki, dedim bir axtarışa da klik edim, olmasa daha çarəmiz nədir 🙂 Və budur! Rusyanın hansısa ucqar bir yerində axır ki bu problemin həllini çox gözəl və asan izah ediblər. Məqalənin azərbaycan dilində tərcüməsi aşağıdakı kimidir:

1. İlk öncə iş stolunda “Мой компьютер” işarəsinin üzərində siçanın sağ düyməsini sıxırıq və kontekst menusundan “Управление” bəndinə bir dəfə klik edirik

2. Komputerin idarə edilməsi (“Управление компьютером“) pəncərəsi açılacaqdır. Bu pəncərədə sol tərəfdə ilk öncə  “Службы и приложения” üzərinə iki dəfə klik edirik və “Службы” üzərinə klik edirik.

2. Sağ tərəfdə komputerdə xidmətlə siyahısı açılacaqdır. Bu siyahıda “FLEXnet Licensing Service” xidmətini tapırıq və üzərinə iki dəfə klik edirik. Xidmətin kiçik pəncərəsi açılacaqdır. Bu pəncərədə Тип запуска sətrində açılan menyuda “вручную” seçirik və Применить düyməsini sıxırıq. İndi isə xidməti aktivləşdirmək üçün Запустить düyməsinə klik edirik.


Vəssalam! Bəh-Bəh gör adobe nə gözəl açır 🙂 Sualınız olsa yazın!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Adobe Photoshop CS3 lisenziya səhvi
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: