B1 – Yeni rüblük hesabatının hazırlanması

Bəyənmək 1 Şərh

B1 proqram təminatı iş masasının üzərində olan işə salınır. Nəzərinizə çatdırmaq istəyirik ki, proqramdan istifadə etmədən öncə, onun kompyuterinizdə olan Windows əməliyyat sisteminə uyğun olaraq sazlanması zəruridir.

Bunun üçün:

1. WindowsXP əməliyyat sistemini istifadə etdiyiniz halda, proqramda heç bir sazlama etmədən onu istifadə edə bilərsiniz.

Lakin, Windows 7 (8, 8.1, 10) əməliyyat sistemini istifadə etdiyiniz halda isə, proqramı işə salmadan öncə onu işə salamq üçün nəzərdə tutlmuş proqramın üzərində mausun sağ düyməsi ilə klikləyin və açılmış menyudan (Properties | Свойства) seçin. Növbəti pəncərədə (Compatibility | Совместимость) tabına keçin, (Run this program in compatibility mode for: | Запустить программу в режиме совместимости с:) yoxlama qutusunu işarələyin və onun altında yerləşən siyahıdan (Windows XP (service pack 3) | Windows XP (пакет обновления 3)) seçin, sonra isə (apply | применить) və basın.

Yeni rüblük B1 hesabatını yaratmaq üçün proqramda iki rejim nəzərdə tutulmuşdur:

  • Hesabatın boş rüblük hesabat əsasında yaradılması
  • Hesabatın əvvəlki rüblük hesabat əsasında yaradılması

B1Editor proqramını yüklədikdən sonra, boş rüblük hüsabat formasını açın.

Bu əməliyyat bir neçə qaydada yerinə yetirilə bilər:


Klaviaturadan Ctrl+N vasitəsi ilə

Görəcəyiniz pəncərə, demək olar ki, tamamilə B1 hesabatının kağız formasına uyğun olaraq qurulmuşdur.

Burada ilk öncə hesabatın Düzəliş və ya Dəqiqləşdirilmiş olması müəyyənləşdirilməlidir.

(Seçim üçün xanaya tıklayın)

Sonra isə aşağıda göstərilən hissələr aidiyyəti üzrə doldurulmalıdır:

  • Sığorta edən haqqında məlumat
  • Hesabat
  • Hesabat dövrünün əvvəlinə borc
  • Digər sahələr:
    – Hesablanmışdır
    – Ödənilmişdir
    – M.d.s.s. cəlb olunmayan gəlirlər
    – M.d.s.s. cəlb olunan gəlirlər

HESABAT FORMASININ DOLDURULMASI / SIĞORTA EDƏN HAQQINDA MƏLUMAT

Hesabat formasını dolduran zaman diqqətli olun. Bu o deməkdir ki, formada doldurulmayan xanalar qaldıqda, (mütləq sahələr) Sizə xəbərdarlıq olunacaqdır. Və bu kimi qüsurlar aradan qaldırılmayana qədər formanın yaddaşa verilməsi mümkün olmayacaqdır.

Məlumatlar tam daxil edilmədən, pəncərənin bağlanması mümkün olmayacaqdır. Növbəti sual ilə qarşılaşacaqsınız:

Məlumatlar daxil edildikcə, xanaların düzgün doldurulması mütləqdir. Əgər hesabat formasının doldurulması zamanı təsadüfən, hər hansı bir xana doldurulmayıbsa, əmrlər sətrində yerləşən  düyməsini basmaqla bu barədə məlumat ala bilərsiniz.Həmin düymə basıldıqdan sonra hesabat formasında doldurulmayan xanaları barədə məlumat görünəcəkdir.

Onu da qeyd edək ki, xanaların doldurulması zamanı bir xanadan digərinə keçidiyiniz zaman (TAB düyməsi vasitəsi ilə) sistem həmin xananın düz və ya səhv doldurulmasını aşkar edir. Əgər növbəti xanaya keçdiyiniz zaman ondan öncəki xanada daxil etdiyiniz verilən düz yazılmayıbsa, bu zaman hesabat formasının üst sətrində, (pəncərələr içində) səhvinizin izahını görəcəksiniz.

Həmin səhv izahlarının üzərinə tıklamaqla, kursor yalnış doldurulan xana üzərində dayanacaqdır. Bu da öz növbəsində istifadəçi üçün çox əlverişli bir alətdir ki, o öz səhvini dərhal düzəldə bilsin.

Sığorta edən haqqında məlumat sahəsində doldurulmalı və mütləq doldurulmalı olan xanalar aşağıdakılardır:

DSMF-dakı uçot nömrəsi-Mütləq doldurulmalıdır.
VÖEN (vergi ödəyicisinin elektron nömrəsi) – Mütləq doldurulmalıdır.
SSN (sosial sığorta nömrəsi) – Bu xana hüquqi şəxslər və hüquqi şəxslərin filialları üçün passiv vəziyyətdə olur. Digər tiplərə aid sığortaedənlər bu sahəni mütləq doldurmalıdırlar.
M.D.S.S. məqsədləri üçün fəaliyyət növünün kodu – bu sahənin qiyməti soraqçadan seçilir (M.D.S.S. məqsədləri üçün fəaliyyət növünün kodu soraqçası)

Bunun üçün həmin xanada olan  düyməsini basın və M.D.S.S. məqsədləri üçün fəaliyyət növünün kodu soraqçasından lazım olan kodu seçin.

  • kodun üzərində iki dəfə tıklamaq və ya
  • üzərində qalıb OK düyməsini basmaqla

seçim edə bilərsiniz. Əks halda (İmtina üçün) “Cancel” düyməsini basın.

HESABAT FORMASININ DOLDURULMASI / HESABAT

Hesabat sahəsində doldurulmalı və mütləq doldurulmalı olan xanalar “Hesabat dövrü” sahəsidir. Burada hesabatın aid olduğu dövr (rüb və il) mütləq doldurulmalıdırHESABAT FORMASININ DOLDURULMASI / HESABAT DÖVRÜNÜN ƏVVƏLİNƏ BORC

Hesabat dövrünün əvvəlinə borc bölməsi aşağıdakı maddələr üzrə DSMF-nin sığortaedənə və sığortaedənin DSMF-yə olan borclarının daxil edilməsi üçün nəzərdə tutulmuş sahələrdən ibarətdir:

  • cəmi
  • m.d.s.s. haqqı üzrə əsas borc
  • maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr
  • digər

Burada, “cəmi” xanasına məlumat daxil etmək mümkün olmayacaqdır, çünki (qiymət avtomatik hesablanacaqır).

HESABAT FORMASININ DOLDURULMASI / DİGƏR SAHƏLƏR

“Hesablanmışdır”, “Ödənilmişdir”, “M.d.s.s. cəlb olunmayan gəlirlər” və “M.d.s.s. cəlb olunan gəlirlər (ə/h)”

M.d.s.s. məqsədləri üçün fəaliyyət növünün kodundan asılı olaraq hesabatın aid olduğu rübü təşkil edən

  • 1-ci
  • 2-ci
  • 3-cü

aylar üçün doldurulmalı olan aşağıdakı sahələrdən ibarətdir

Hesablanmışdır sahəsi

Bu sahəyə heç bir məlumat daxil edilmir, onun qiyməti avtomatik hesablanır.
Digər “Ödənilmişdir”, “M.d.s.s. cəlb olunmayan gəlirlər”, “M.d.s.s. cəlb olunan gəlirlər” sahələrinin doldurulmasını aşağıdakı qaydalara əsasən yerinə yetirin.

Əmək ödənişi və gəlirlər, cəmi – bu xanaya heç bir məlumat daxil etmək mümkün olmayacaqdır, onun qiyməti avtomatik hesablanır.

Əmək haqqı – M.d.s.s. məqsədləri üçün fəaliyyət növünün kodu 0100, 0102, 0103, 0110, 0101, 0400 və ya 0111 olduqda
hər üç ay üçün müvafiq sahələrə

  • Hesablanmışdır bölməsi üzrə hesablanmış əmək haqqı məbləği,
  • Ödənilmişdir bölməsi üzrə ödənilmiş əmək haqqı məbləği,
  • M.d.s.s. cəlb olunmayan gəlirlər bölməsi üzrə isə MDSS haqqı ödənilməyən gəlirlərin məbləği daxil edilir,

M.d.s.s. cəlb olunan gəlirlər bölməsi üzrə isə müvafiq sahələr avtomatik doldurulur, M.d.s.s. məqsədləri üçün fəaliyyət növünün kodu 0200, 0300 və ya 0500 olduqda bu xanalar boş saxlanılır və bloklanmış olur.
M.d.s.s. məqsədləri üçün fəaliyyət növünün kodu 0600, 0700, 0701, 0702, 0703, 0704, 0710, 0711, 0712, 0713, 0714, 0720, 0721, 0722, 0723, 0724, 0730, 0731, 0732, 0733, 0734 və ya 0800 olduqda isə, hər üç ay üçün, müvafiq xanalara “Hesablanmışdır” sahəsi üzrə “Minimum əmək haqları” soraqçası əsasında həmin dövr üçün qüvvədə olan minimum əmək haqqının aylıq məbləği avtomatik daxil edilir və istifadəçi bu xanalara dəyişiklik edə bilmir.

Lakin bu sahələr yalnız işçilərin orta faktiki sayı haqqında məlumat daxil edildikdən sonra doldurulur. Əgər hər hansı bir ay üçün işçilərin faktiki sayı sıfır göstərilərsə, həmin ay üçün əmək haqqı sahəsi doldurulmur. Unutmayın ki, göstərilən fəaliyyət növləri üzrə işçilərin orta faktiki sayı bir olmalıdır. “M.d.s.s. cəlb olunmayan gəlirlər” sahəsi üzrə bu sahələr boş saxlanılır və bloklanmış olur, M.d.s.s. cəlb olunan gəlirlər bölməsi üzrə isə bu sahələrin qiyməti avtomatik hesablanır.

Gəlir (Əmək haqqı istisna olmaqla) – M.d.s.s. məqsədləri üçün fəaliyyət növünün kodu 0300 və ya 0500 olduqda hər üç ay üçün müvafiq xanalara

  • “Hesablanmışdır” sahəsi üzrə hesablanmış gəlirin məbləği,
  • “Ödənilmişdir” sahəsi üzrə ödənilmiş gəlirin məbləği,
  • “M.d.s.s. cəlb olunmayan gəlirlər” sahəsi üzrə isə M.d.s.s. haqqı ödənilməyən gəlirlərin məbləği daxil edilir. M.d.s.s. cəlb olunan gəlirlər bölməsi üzrə müvafiq xanalar avtomatik doldurulur, digər fəaliyyət növləri üçün isə bu xanalar boş saxlanılır və bloklanmış olur.

Qonorar – M.d.s.s. məqsədləri üçün fəaliyyət növünün kodu 0200 olduqda hər üç ay üçün müvafiq sahələrə

  • “Hesablanmışdır” sahəsi üzrə hesablanmış qonorarın məbləği,
  • “Ödənilmişdir” bölməsi üzrə ödənilmiş qonorarın məbləği,
  • “M.d.s.s. cəlb olunmayan gəlirlər” bölməsi üzrə isə M.d.s.s. haqqı ödənilməyən qonorarların məbləği daxil edilir. M.d.s.s. cəlb olunan gəlirlər sahəsi üzrə müvafiq xanalar avtomatik doldurulur, digər fəaliyyət növləri üçün isə bu xanalar boş saxlanılır və bloklanmış olur.

Hesabatın aid olduğu rübü təşkil edən 1-ci, 2-ci, 3-cü aylar üzrə “Hesablanmışdır”, “Artıq hesablanmışdır”, “DSMF-dən alınmışdır”, “Hesabat dövründə qanunvericiliklə silinmiş borc” sahələrində olan xanalar sığortaedən tərəfindən doldurulmalıdır.

Hesabat formasının doldurulması zamanı şaquli sütun boyunca “Hesablanmışdır” sahəsinə aid bir neçə xanalarla üzləşəcəksiniz. Onlar aşağıda sadalanıb. Bu bölmələrdəki digər sahələr və “Ödənilmişdir”, “Ödənilmiş köhnə borclara (01/01/2006-cı il tarixinə) aid” sahələri boş saxlanılır və ya proqram tərəfindən doldurulur.

HESABLANMIŞDIR

  • m.d.s.s. haqqının cəmi – DSMF tərəfindən aşkar edilmiş m.d.s.s. haqqı
  • m.d.s.s. haqqının cəmi – Könüllü və başqa sosial sığorta haqları
  • tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələr – penya
  • tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələr – inzibati cərimələr
  • tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələr – digər maliyyə sanksiyaları
  • digər, cəmi – sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənilməsi
  • digər, cəmi – əmək zədəsi və peşə xəstəliyi üzrə müavinətlərin geri qaytarılması
  • digər, cəmi – DSMF tərəfindən aşkar edilmiş digər sosial sığorta vəsaitləri
  • digər, cəmi – sair
  • artıq hesablanmışdır – m.d.s.s. haqqı üzrə əsas borc
  • artıq hesablanmışdır – Maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr
  • artıq hesablanmışdır – Digər
  • artıq hesablanmışdır – M.d.s.s. haqqı üzrə əsas borc
  • artıq hesablanmışdır – Maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr
  • artıq hesablanmışdır – Digər
  • artıq hesablanmışdır – m.d.s.s. haqqı üzrə əsas borc
  • artıq hesablanmışdır – maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr
  • artıq hesablanmışdır – digər
  • DSMF-dən alınmışdır – M.d.s.s. haqqı üzrə əsas borc
  • DSMF-dən alınmışdır – Maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr
  • DSMF-dən alınmışdır – Digər
  • Hesabat dövründə qanunvericiliklə silinmiş borc – m.d.s.s. haqqı üzrə əsas borc
  • Hesabat dövründə qanunvericiliklə silinmiş borc – maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr
  • Hesabat dövründə qanunvericiliklə silinmiş borc – digər

“Dondurulmuş borclar” bölməsində “Cəmi” və “Hesabat dövrünün sonuna” sahələrindən başqa bütün sahələr sığortaedən tərəfindən doldurulur

Ödəniş sənədi və ya pul köçürməsi cədvəli sığortaedənin ödəniş sənədlə-rindəki məlumatların hesabata əlavə edilməsi üçün nəzərdə tutulmuşdur

Bu cədvəl aşağıdakı sahələrdən təşkil olunmuşdur.

Burada:

  • Ödəniş sənədinin nömrəsi – mütləq doldurulmalıdır.
  • Ödəniş sənədinin tarixi – mütləq doldurulmalıdır.
  • Ödənilmişdir, cəmi – avtomatik doldurulur.
  • M.D.S.S. haqqı, cəmi – avtomatik doldurulur.
  • Sığortaedənin hesabına əməyin ödənişinə nisbətdə M.D.S.S. haqqı – sığortaedənin fəaliyyət növünün kodu 0100, 0102, 0103, 0110, 0101, 0400 və ya 0111 olduqda doldurulur.
  • Sığortaolunanın (işçinin) hesabına əmək haqqına nisbətdə M.D.S.S. haqqı – sığortaedənin fəaliyyət növünün kodu 0100, 0102, 0103, 0110, 0101, 0400 və ya 0111 olduqda doldurulur.
  • Gəlirlərə (əmək haqqı istisna) nisbətdə M.D.S.S. haqqı – sığortaedənin fəaliyyət növünün kodu 0300 və ya 0500 olduqda doldurulur.
  • Qonorara nisbətdə M.D.S.S. haqqı – sığortaedənin fəaliyyət növünün kodu 0200 olduqda doldurulur.
  • Minimum aylıq əmək haqqına nisbətdə M.D.S.S. haqqı – sığortaedənin fəaliyyət növünün kodu 0600, 0700, 0701, 0702, 0703, 0704, 0710, 0711, 0712, 0713, 0714, 0720, 0721, 0722, 0723, 0724, 0730, 0731, 0732, 0733, 0734 və ya 0800 olduqda doldurulur.
  • DSMF tərəfindən aşkar edilmiş M.D.S.S. haqqı – DSMF tərəfindən hər hansı məbləğ aşkar edildiyi halda doldurulur.
  • Könüllü və başqa sosial sığorta haqları – sığortaedənin bu növ ödənişi olduğu təqdirdə doldurulur.
  • Tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələr, cəmi – avtomatik doldurulur.
  • Penya – sığortaedənin penya ilə bağlı ödənişi olduğu təqdirdə doldurulur.
  • İnzibati cərimələr – sığortaedənin inzibati cərimələrlə bağlı ödənişi olduğu təqdirdə doldurulur.
  • Digər maliyyə sanksiyaları – sığortaedənin digər maliyyə sanksiyaları bağlı ödənişi olduğu təqdirdə doldurulur.
  • Digər, cəmi – avtomatik doldurulur.
  • Sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənilməsi – bu cür ödəniş edildiyi təqdirdə doldurulur.
  • Əmək zədəsi və peşə xəstəliyi üzrə müavinətlərin geri qaytarılması – bu cür ödəniş edildiyi təqdirdə doldurulur.
  • DSMF tərəfindən aşkar edilmiş digər sosial sığorta vəsaitləri – sığortaedən bu kateqoriyadan olan ödəniş etdiyi halda doldurulur.
  • Sair – sığortaedən bu kateqoriyadan olan ödəniş etdiyi halda doldurulur.
  • Ödənilmiş köhnə borclara (01/01/2006-cı il tarixinə) aid – bu hissədəki Cəmi sahəsi avtomatik, qalan sahələr isə sığortaedən tərəfindən doldurulur.

Lazımi məlumatları cədvələ daxil etdikdən sonra Tab düyməsini sıxmaqla onları hesabata əlavə edə bilərsiniz. Daxil edilmiş məlumatları silmək üçün  , onlara düzəliş etmək üçün isə  düyməsini sıxmaq lazımdır.

Bonus olaraq da İbadət müəllimin hazırldığı gözəl video dərsliyi sizə dəqdim edirik.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

B1 – Yeni rüblük hesabatının hazırlanması
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

1 Şərh

  1. Zəhmət olmasa aşağıdakı təlimtda və linkdən istifadə edərək proqramı quraşdırın:

    AZSB1B2 proqram təminatını kompüterinizə endirdikdən (download) sonra AZSFormaB1.rar və ya AZSFormaB1.zip faylının üstündə sağ düyməni sıxıb açmaq (extract here) lazımdır.

    Öz kompüterinizdə AZSFormaB1.exe proqramı açıqdırsa, əvvəlcə onu bağlamaq lazımdır.
    Açdıqdan sonra AZSFormaB1.exe faylını serverdə Update qovluğunun içinə yazmaq lazımdır. Bura yazdıqdan sonra öz kompüterinizdə proqramı bağlayıb açsanız, yeni versiyanın olduğu barəsində xəbərdarlıq mesajı alacaqsınız.

    Yeni versiyanı yüklədikdən sonra proqrama daxil olub işləyə bilərsiniz. Əgər serverdə Update qovluğuna yazmaq mümkün deyilsə, onda öz kompüterinizdə AZSFormaB1.exe faylı hardadırsa, köhnə versiyanı yeni versiya ilə əvəz etmək lazımdır. Bundan sonra proqrama daxil olub işləyə bilərsiniz.

    Proqramı yükləmək üçün klik edin:

    1. AZSB1B2 proqram təminatının yeni versiyası v1.0.1.143 (zip)

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: