
Bu saytı yaratmazdan öncə Github və digər saytlarda müxtəlif CMS, forum sistemləri və bloq enginləri haqqında çoxlu araşdırmalar aparmışdım. Sonra qərara qəlmişdim ki, saytı forum tipli yaradım. Bir müddətdən sonra anladım ki forumların dövrü artıq başa çatmağdadı və bloq tipli sistemlərin populyarlığı isə əksinə artmaqdadır. Və sonda qərarımı WordPress üzərində saxladım.
Bu gün sizə təqdim edəcəyim siyahı isə, Githubda paylaşılan, və WordPress sistemindən heç də geridə qalmayan və bloq aparmaq üçün nəzərdə tutulan top 5 açıq qaynaqlı (open source) sistem olacaqdır.
Typecho
Çinli tərtibadçılar tərəfindən hazırlanan Typecho sistemi Githubda php dilində yazılmış və ən çox ulduz sayı olan açıq qaynaqlı sistemdir.
Öz sadəliyi və davamlılığı ilə seçilən bu script Githubda 4500 dən çox ulduzla birinci yerdədir.
Github keçidi: https://github.com/typecho/typecho
Rəsmi saytı: http://typecho.org
Anchor CMS
Ankor sistem yaradıçıların sözlərinə inasaq super asan, yüngül və yazmaq üçün ən ideal bloq sistemidir.
Çox bəsid parametrlər tələb edən bu sistem istənilən xostinqə çox rahatlıqla quraşdırıla bilinir. Githubda ulduz sayı: 3155
Github keçidi: https://github.com/typecho/typecho
Rəsmi saytı: https://anchorcms.com/
PJ Blog
Laravel və Vue.js ilə qurulmuş və çox sadə lakin funksional admin panelinə sahib bloq sistemidir. Bu sistemin özəlliyi onun ən digər sistemlərdən daha gözəl olmasıdır.
Skript 1887 ulduz toplamasına baxmayaraq istənilən xostinqdə çox da rahat quraşdırmaqolmur. İstənilən halda yaxşı APİ bilikləri tələb oluna bilinər.
Github keçidi: https://github.com/jcc/blog
Rəsmi saytı: https://pigjian.com/
Vuedo
Daha bir Laravel və Vue.js-in vəhdəti ilə əmələ gələn sistemi təqdim edirik.
Ulduz sayı: 1787
Github keçidi: https://github.com/Vuedo/vuedo
Rəsmi saytı: https://vuejsfeed.com/
Canvas
Canvas olduqça sadə lakin bloq aparmaq üçün çox quclu bir sistemdir. Tamamilə ayarlana bilən sistem super görünüşə malikdir.
Populyarlığı isə yuxarıdakı sistemlərdən geridə qalmaqdadır. Ulduz sayı: 1511
Github keçidi: https://github.com/cnvs/canvas
Rəsmi saytı: http://cnvs.io/