S.T.A.L.K.E.R.: Shadow of Chernobyl oyunu

3 Bəyənmə Şərh yazmaq

Salam əziz oxucularımız. Sizlərə təqdim edəcəyim oyun Ukrayna istehsalı olan S.T.A.L.K.E.R.: Shadow of Chernobyl (Çernobılın kölgəsi) oyunu olacaqdır. GSC Game World şirkəti tərəfindən hazırlanan oyunun hadisələri Çernobıl zonasında baş verir. Oyunda müxtəlif qruplaşmalar, bədheybətlər və anomaliyalar var. Həmçinin oyunda artefaktları yığmaq, ticarət etmək, və müxtəlif stalkerlərlə ünsiyyət saxlamaq imkanı nəzərdə tutulmuşdur.

Oyundan bir epizodu aşağıda təqdim edirik:

Kodlar və Bonuslar

Oyunun komputerə quraşdırılmış qovluğunda setup-bp.exe faylını tapın və aktivləşdirin. İnstalyasiya dilini seçin və aşağıdakı kodlardan birini daxil edin:

pseudodog – №1 bonusun aktivləşdirilməsi
snork – №2 bonusun aktivləşdirilməsi

Sonra ДАЛЕЕ (NEXT) düyməsini sıxırıq və bonuslar avtomatik açılacaqdır.

Bildiyiniz kimi oyunçu öz arxa çantasında istədiyi artefakti və əşyanı götürə bilər. Və əşyaların sayı artdıqca baş qəhrəmanın hərək sürəti azalmış olur. Lakin oyun zamanı siz istədiyiniz qədər əşya toplayaraq oyunçunun sürətini olduğu kimi saxlaya bilərsiniz. Bunun üçün əşyaları hansısa meyidin çantasına dolurub onu daşımalısınız. Qəribədir, ağırlaşmış meyid qəhrəmanımızın sürətnən hərəkət etməsinə heç bir maneə törətmir.

Oyun zamanı tilda (~) düyməsinə sıxaraq konsolu açırıq və  g_always_run 1 kodunu daxil edib Enter düyməsini sıxırıq. Bu kodla yorulmadan oyunda istədiyiniz qədər qaça bilərsiniz.

Missialar siyahısı

Часть 1: Кордон – Hissə 1: Kardon
Часть 2: Свалка и НИИ Агропром – Hissə 2: Zibillik və Aqroprom ELMİ-tədqiqat Sahəsi
Часть 3: Лаборатория Х 18 – Hissə 3: Laboratoriya X 18
Часть 4: Лаборатория Х 16 – Hissə 4: Laboratoriya X 16
Часть 5: Лаборатория Х 10 – Hissə 5: Laboratoriya X 10
Часть 6: Припять и ЧАЭС – Hissə : Pripyat rayonu və Çernobıl Atom Eletrik Stansiyası

Sistem tələbləri

Minimal tələblər

– Windows® XP SP2 / Windows® 2000 SP4
– Intel Pentium 4 2.0 Ghz / AMD XP 2200+
– 512 MB RAM
– 10 GB sərt diskdə
– 128 MB DirectX® 8.0 uyğun videokart
nVIDIA® GeForce™ 5700 / ATI Radeon® 9600
– DirectX® 9.0 uyğun səs kartı
– LAN/Internet/Cable/DSL Internet üzrə oynamaq üçün
– Klaviatura, maus

Məsləhət görülən tələblər

– Windows® XP SP2 / Windows® 2000 SP4
– Intel Core 2 Duo E6400 / AMD 64 X2 4200+
– 1,5 GB RAM
– 10 GB sərt diskdə
– 256 MB DirectX® 9.0c uyğun videokart
nVIDIA® GeForce™ 7900 / ATI Radeon® X1950
– DirectX® 9.0 uyğun səs kartı
– LAN/Internet/Cable/DSL Internet üzrə oynamaq üçün
– Klaviatura, maus

❌ Fayl və ya kontent gizlidir! ❌

Məqalənin bu sahəsini yalnız qeydiyyatdan keçmiş istifadəçilər görə bilərlər. Qeydiyyatdan artıq keçmisinizsə buraya, əgər keçməmisinizsə lütfən müvafiq səhifədən bir hesab yaradın.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

S.T.A.L.K.E.R.: Shadow of Chernobyl oyunu
5 / 3 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: