Komputerdə saytlara girişin məhdudlaşdırılması

1 Bəyənmə Şərh yazmaq

Salam dostlar!

Bəzən bizə  iş ərazilərində, internet klublarda və ya ümumiyyətlə hər hansı bir komputerdə müxtəlif saytlara girişin necə məhdudiyyətləşdirmək olar fikri yaranır. Bunu həyata keçirmək üçün 2 variantdan istifadə etmək olar:

Variant I

Bu variantda Any Weblock proqramının köməyi ilə komputerin saytlara girişini məhdudlaşdıracayıq.

Any Weblock – veb resursların idarə edilməsi proqramıdır. proqramın köməyi ilə siz hər hansı bir sayta girişi bağlaya bilərsiniz. Proqramın ən yaxşı özəlliyi ondadır ki, girişinə qadağa qoyulmuş sayta komputerdə mövcud bütün brouzerlərdən daxil olmaq mümkün olmayacaqdır. Bundan başqa, proqramın istifadəsi çox asandır və heç bir mürəkkəb şəbəkə quruluşu və dərin komputer biliklərini tələb etmir.

❌ Fayl və ya kontent gizlidir! ❌

Məqalənin bu sahəsini yalnız qeydiyyatdan keçmiş istifadəçilər görə bilərlər. Qeydiyyatdan artıq keçmisinizsə buraya, əgər keçməmisinizsə lütfən müvafiq səhifədən bir hesab yaradın.

2. Addım: Yükləditimiz zip arxivin içərisində yerləşən proqram faylına klik edirik. Proqram yalnız iki dildə olduğu üçün bizə lazım olan dili seçib ok düyməsinə klik edirk.

3. Addım: Sonra Далее > və ya Next düyməsinə klik edərək proqramı komputerimizə quraşdırırıq.

4. Addım: Proqram komputerinizə quraşdırıldıqdan sonra onu aktiv edin. Diqqət: əgər sizin administrator hüququnuz yoxdursa proqramın iş stolundakı (Rabochiy stol) şəklinə Run as administrator və ya Zapustit ot imeni administartora kiompandası ilə çalışdırın. Əgər siz administrator adı ilə proqrama daxil olmasanız şifrə daxil etməyinizi tələb edəcək.

Bu isə uğurlu başlanğıc pəncərəsidir:

5. Addım: Dobavit düyməsinə klik edin. Açılmış balaca pəncərədə məhdudiyyət qoymaq istədiyiniz saytı daxil edin. Sonra isə onunla bağlı hər hansı bir alt domenlər varsa onu da daxil edin:

6. Addım: Müəyyən qədər sayt əlavə etdiqdən sonra Primenit düyməsinə klik edirik və əməliyyatın uğurla başa çatdığını xəbər verən balaca pəncərəni gözləyirik.

Onuda qeyd etmək lazımdır ki, saytın bağlanması üçün hal hazırda açıq brouzerləinizi bağlayın və yenidən açın.

7. Addım: Bu proqramın bir özəlliyidə ondadır ki, proqramı şifrələyə bilərsiniz! Komputer arxasında oturan şəxs şifrəni bilmədiyi təqdirdə sayta qoyulmuş məhdudiyyəti aradan qaldıra bilməz.

Variant II

Komputerimizdə bu adres üzrə daxil oluruq  C:\Windows\System32\drivers\etc 

  1. C disk
  2. Windows qovluğu
  3. System32 qovluğu
  4. drivers qovluğu
  5. etc qovluğu

hosts faylını desktopa (Rabochiy stol) kopyalıyırıq və Notepad və ya hər hansı bir text redaktoru ilə açırıq. Ən mükəmməli Notepad++ !

Mətnin ən aşağına əlavə edirik:

compboard.org 127.0.0.1
facebook.com 127.0.0.1

və sairə.

Faylı yaddadaşa verib yenə həmən etc qovluğuna qayıdıb kopyalıyırıq. Mövcüd faylın əvəz edilməsi ilə razılaşırıq.

Mövzu ilə bağlı suallarınız və ya təklifləriniz olsa, lütfən əlaqə formasından istifadə edin! Göndərdiyiniz məktub 6 saniə içərisində adminə çatır, odur ki məktubunuzun oxunmayacağını fikirləşməyin 🙂

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Komputerdə saytlara girişin məhdudlaşdırılması
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: