
Əziz Fallout həvəskarları! Nəhayətki ilk dəfə bizim saytda Azərbaycan dilində Fallout 4 oyunun tam kodlarını sizlərə təqdim edirik! Çox möhtəşəm oyun dünyasına və missiyalara sahib bu oyun dünya oyunçularının bir nömrəli oyununa çevrilmişdir.
Kodu daxil etmək üçün oyun zamanı tilda [~] düyməsini sıxırıq və açılmış konsolda aşağıdakı kodların birini daxil edərək Enter düyməsinə vururuq.
- tgm – Davamlılıq
- tai – NPC öz yerlərində tərpənmirlər
- tcai – İntelektual idarəetməni söndürür
- tcl – divarlardan keçmək imkanı yaradan kod
- Kill – seçilən hədəfi öldürmək üçün kod(siçan ilə hədəfi seçmək lazımdı)
- Kill [ID] – seçilmiş İD ilə olan hədəfi öldürmək
- KillAll – yanınızda olan bütün hədəfləri öldürmək
- resurrect – hədəfi canlandırmaq (siçan ilə seçmək lazımdı)
- resurrect [ID] – seçilmiş İD ilə olan hədəfi canlandırmaq
- unlock – qapı və ya seyfin açılması kodu (siçan ilə seçmək lazımdı).
- lock [rəqəm] – 1-dən 100-ə qədər olan bütün səviyyələrdəki qapı və ya konteynerləri bağlamaq üçün istifadə edilir
- activate – açarnan deyil pultnan açılan qapıları açan kod
- tmm 1 – xəritədə bütün yerləri qeyd edir
- setav aggression 0 – NPC ilə olan münasibətlərinizi yaxşılaşdırmaq üçün
- coc qasmoke – gizli bir yerə keçid etmək üçün kod
- coc [ADI] – göstərilmiş yerə teleport etmək
- setpccanusepowerarmor 0 – Power Armor istifadəsini aktivləşdirir
- setpccanusepowerarmor 1 – Power Armor istifadəsini deaktiv edilməsi
- AdvLevel – sizin oyunda səviyyənizi 1 vahid artırır
- AdvSkill – bacarıqları artırır.
- rewardKarma [rəqəm] – göstərilmiş rəqəm sayda karma sayı verilir
- modpca [tip] [rəqəm] – göstərilmiş rəqəm sayda stats sayı verilir
- modpcs [tip] [rəqəm] – göstərilmiş rəqəm sayda bacarıq sayı verilir
- addspecialpoints [rəqəm] – göstərilmiş rəqəm sayda statistika sayı verilir
- setspecialpoints [rəqəm] – göstərilmiş rəqəm sayda xal sayı verilir
- settagskills [rəqəm] – göstərilən rəqəm sayı qədər bacarıq xalları almaq
- addtagskills [rəqəm] – istənilən sayda Tag Skill Points verir
- removefromallfactions – bütün fraksiyalar tərk etmək
- setgs fJumpHeightMin [rəqəm] – müəyyən hündürlüyə tullanma kodu. Rəqəmi nə qədər çox yazsanız, bir o qədər daha çox hündürə tullana biləcəksiniz.
- sexchange – baş qəhrəmanın cinsini dəyişmək
- tdetect – NPC-lər sizi daha görmürlər
- CompleteQuest – cari kvesti keçmək
- caqs – bütün əsas kvestləri yerinə yetirmək
- setscale [rəqəm] – sizin və ya NPC üçün həcmini artırır. Rəqəmi 1-10 aralıqda vermək mümkündür.
- set timescale to [rəqəm] – vaxti sürətləndirmək və ya əksinə yavaşlatmaq lodu
- player.modav [bacarığın adı] [rəqəm] – lazım olan bacarığı göstərilmiş rəqəmə kimi artırmaq kodu
- player.setlevel [rəqəm] – öz səviyyəni qaldırmaq (rəqəmi daxil etməyi unutmuruq)
- player.setav carryweight [rəqəm] – daşıya biləcəyiniz yük həcminin maksimum həddini artırmaq
- player.modav health [rəqəm] – baş qəhrəmanın can sayını artırmaq üçün kod
- player.placeatme [əşyanın ID-si] [rəqəm] – İD-si göstərilən əşyanı yanınızda yaratmaq
- player.additem [əşyanın ID-si] [rəqəm] – İD-si göstərilən əşyanın inventar siyahısına əlavə etmək
- tlv – yarpaqları aktiv və ya deaktiv etmək
- tfc – rahat kamera görünüşü
- tm – bütün interfeysi (o cümlədən konsolu) ekrandan yığışdırmaq
- tdt – rejim haqqında ətraflı məlumat
- help – bütün konsol komandaların siyahısı