Mp3 faylın tez və rahat redaktəsi

Bəyənmək Şərh yazmaq

Salam əziz CompBoard oxucuları! Bu gün sizinlə maraqlı bir proqram ilə tanış edəcəm. Proqramın əsas vəzifəsi mp3 musiqi faylların redaktəsidir. Proqram özünün kiçik həcmi ilə görəcəyi işlər nisbətində bizi çox təcübləndirdi. Odur ki, keçək mətləbə 🙂

Proqramı yükləmək üçün aşağıdakı keçidə klik edin:

❌ Fayl və ya kontent gizlidir! ❌

Məqalənin bu sahəsini yalnız qeydiyyatdan keçmiş istifadəçilər görə bilərlər. Qeydiyyatdan artıq keçmisinizsə buraya, əgər keçməmisinizsə lütfən müvafiq səhifədən bir hesab yaradın.

Proqramın quraşdırılması:

Proqramın quraşdırılma mərhələsində sizin istifadə edəcəyiniz dili siyahıdan seçirsiniz və “Use and restart” düyməsini sıxırsınız.

Proqramın istifadəsi

Proqramda “Drag and Drop” icazə verildiyinə görə mp3 musiqi parçasını sadəcə dartıb proqramda buraxa bilərsiniz.

Musiqi parçasını ilk açdığınız an kiçik xəbərdar edici pəncərə açılacaqdır. Aşağıdakı kimi edib Ok düyməsini sıxırıq:

İlk musiqi faylın tam işlək vəziyətdə olduğunu yoxlamaq üçün, bir dəfə oynat düyməsinə klik edirik

Mən öz misalımda aşağıdakı kimi müsiqinin bir hissəsini kəsəcəm. Deməli musiqinin uzunluğu 4 dəqiqə 29 saniyədir. Mənim istədiyim hissə musiqi parçasının nəqarətidir. İlk nəqarət 57-ci saniyədə başlayır və 1 dəqiqə 26 saniyədə bitir.

Bunun üçün ilk öncə faylın 57-ci saniyəsində musiqini dayandırıb başlanğıc düyməsinə şəkildəki kimi sıxırıq.

Sonra 1 dəqiqə 26-ci saniyədə nəqarətin bitdiyi yerdə yenə musiqini dayandırıb sonluq düyməsini sıxırıq:

Musiqi parçasını aşağıdakı şəkildəki kimi yaddaşa veririk:

Aşağıda sizin üçün misal olaraq sevimli müğənnimiz Anar Bəylərin “Sən və Mən” adlı yenicə işıq üzü görmüş mahnısını götürmüşəm.

Mahnının Tam versiyası:

Mp3DirectCut proqramı ilə kəsilmiş nəqarəti:

Proqram haqqında bütün sual və təkliflərinizi aşağıdakı formamızdan bizdən soruşa və göndərə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Mp3 faylın tez və rahat redaktəsi
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: