Linuxda .jpg şəkillərdən necə PDF yaradılır

1 Bəyənmə Şərh yazmaq

İki gün öncə saytımızın dəstək bölməsinə maraqlı bir müraciət gəlmişdir. Kamran adlı istifadəçimiz Ubuntu Linux əməliyyat sistemində skan olunmuş şəkil fayllardan necə PDF faylın yaradılmasını soruşmuşdu. Aşağıdakı təlimatda prosesi başa salmağa çalışacayam.

İlk öncə Linux terminalını Ctrl+Alt+T düymələrini sıxraq aktiv edirik. Sonra şəkillərin yerləşdiyi qovluğa keçirik və aşağıdakı əmri daxil edirik::

convert *.jpg document.pdf

Bir müddət gözləyirik ki, proses bitsin. Vəssalam. PDF faylı hazırdı.
Convert utilitası ImageMagick qobluğunda yerləşir. Əgər konsol faylları pdf-ə çevirməsə o zaman aşadakı əmri daxil edərək bunu quraşdırırq.
Debian üçün/Ubuntu:

aptitude install imagemagick

RHEL üçün (Oracle Linux 6):

yum install ImageMagick

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Linuxda .jpg şəkillərdən necə PDF yaradılır
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: