
Bu gün sizinlə kiçik bir məqalə paylaşacam. Əgər Ubuntu sistemi ilə işləyirsinizsə o zaman bu məqaləmiz tam sizə görə olacaq.
Terminalı Ctrl+Alt+T düymələrini sıxaraq açırıq və aşağıdakı əmri daxil edirik:
sudo add-apt-repository ppa:costales/folder-color
Aşağıdakı əmr ilə repositoryanı yeniləyirik:
sudo apt-get update
Proqramı aşağıdakı əmr ilə yükləyirik:
sudo apt-get install folder-color -y
Qrafika funksiyanalını yeniləmək üçün sistemdən çıxın və yenidən daxil olun.
Sistemə daxil olan kimi hər hansı bir qovluğun üzərində siçanın sağ düyməsinə klik edin. Açılmış menyuda əlavə olaraq «Цвет папки» bəndini tapacaqsınız. Buradan qovluğunuza artıq sevimli rəng təyin edə bilərsiniz.
Sisteminizə yeni rəng qatmağa hazırmısınız? 🙂